Netty yarışında iştirak

Bildiyimə görə kayzen.az saytı hər il keçirilən Netty müsabiqəsində iştirak etmir. Bunun səbəbini öyrənmək istərdim. Nəyə görə də etməyək?
bilməyənlər üçün qeyd edim ki,
NETTY-2010 Azərbaycan Milli İnternet Mükafatı – Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarının inkişafı üçün yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır. NETTY mükafatı, başqa oxşar tədbirlərdən fərqli olaraq həm Azərbaycanda, həm də ümumiyyətlə regionda müntəzəm həyata keçirilən nadir və yeganə tədbirdir. 2010-ci ildə mükafat artıq altıncı dəfədir ki, keçiriləcək.
Müsabiqədə iştirak edən saytlara baxanda görürəm ki,kayzen.az saytına heç yaxın düşə biləcək belə sayt yoxdur. niyə görə iştirak edilməsin?Qalib olsaq bu saytın populyarlaşmasında çox böyük rol oynaya bilər. Təklif edirəm ki aşağıdakılar həyata keçirilsin:
1. Yarışda sayt qeydiyyatdan keçirilsin.
2. Saytımızın aktiv istifadəşçiləri virytual jüri kimi qeydiyyatdan keçib sayta səs versin.
3.Saytın qalib olması üçün lazımi bütün işlər görülsün.
Sayt administrasiyasının cavabını gözləyirəm.


Davamı →