Ölülər incimirlər

Biz ölüyük. Bilirsiz nə vaxt ölmüşük? Yox bilmirsiz. Əlbəttə bilmirsiz. Hardan biləsiz?! Düzünü desəm də, deməsəm də heç özüm də bilmirəm. Niyə bilməliyəm ki?! Siz bilmirsiz, mən də bilmirəm. Biz heç nə bilmirik. Yalnız bir şeydən başqa. O da ölü olmağımızdı. Bax bunu mən də bilirəm, siz də. Fəlsəfəni zadı atın qırağa. Bir onu bilirəm ki, heç nə bilmirəm tipli zir-zibilllə beynimi xarab eləməyin. Bilirəm, eləyənlər olacaq. Axı hamınız ən azından filosofsuz. Hə, hər bir azərbaycanlı ən azından filosofdu. Həkim oldu, hüquqşünas oldu, jurnalist oldu fərq eləmir. O həm də filosofdu.

Belə götürəndə filosof olmağa nə var ee. Özünü ətraf aləmdən bir az təcrid edirsən, fərqli falan görünürsən, oldun filosof. Bir az da Niçşe, Freyd və digərləri barədə az-maz, necə deyərlər quyruğunu sudan çıxara biləcək qədər biliyin olsa bəsindi. Bilirsiz biz niyə fəlsəfəylə falan maraqlanır, dəbdə olan romanları və bu kimi zadları oxuyuruq? Yenə bilmirsiz. Ona görə ki, “cool” görünnmək istəyirik. Danışanda Niçşedən bir az as kəs, Nihilizmdən danış, Coelyonun filan əsərindən bir cümlə zad elə, sonra, əşi nə bilime sonra nə olacaq. Başıma gəlmiyib. Amma təsəvvür elə də nə olacaq, ən azı 2-3 qızın diqqətini çəkəcəksən. Nə çoxdu pessimistka hostedkalar! Nə olsun ki, sən saxta filosof olduğun qədər, onlar da pessimistkadılar, əsas odur ki, diqqətlərini çəkəcəksən. Mərc gəlirəm ki, 90% belə qızlar qlamurkalar, civilərdi. İnanmırsan? Cəhənnəmə ki! Amma o boş beynivi işlədib bir az fikirləş. Hər bir qlamurka özünə “cool” layiq bilmir bəyəm? Görürsən ki, haqlıyam. Fikirləşirəm, mən həmişə haqlı idim. Yadıma gəlir, o vaxt atalarınızla bir mübahisəm olmuşdu. Kişilər deyirdilər ki, ayağı yorğana görə uzatmaq lazımdı.Mən də etiraz edib dedim: – Boya uyğun yorğan tapmaq daha məqsədəuyğundu.


Ardı →