Obezofobiya

Müasir insanlar öz bədən quruluşlarına çox tələbkar yanaşırlar və əksəriyyəti artıq çəki almamaq, kökəlməmək üçün çalışır. Əlbəttə ki, fanatizmə varmadan bu alqışlanası bir xüsusiyyətdir. Kökəlməkdən qorxu obezafobiya adlanır və bu cür pisixi pozuntusu olan insanlar düşündüyümüzdən daha çoxdur.

Çox vaxt nə xəstənin özü, nə də onu əhatə edən insanlar demək olar ki, xəstənin davranışında heç bir pataloji hal görmürlər, «xəstə» daima arıq və baxımlı olmağa çalışır. Kremli tort, şokolad kimi iştah açan qidalara qarşı həmişə laqeyd münasibət göstərdiklərinə görə belə şəxsləri nəfsinə qalib gələn iradəli biri kimi qiymətləndirirlər. Artıq çəkisi olan bir çox insan özünü əzmli və dözümlü saymır və digərlərinə paxıllıq edir.


Davamı →