Olmuş hadisə.DƏHŞƏT.

Qaynata gəlnini zorlayıb.Bu olmuş hadisədir.Ağcabədidən gəlin qəzetlərin birinə bu məktubu yollayıb.


Dəhşət dolu məktub



«Mən 2005-ci ildə Ağcabədi Pedoqoji Texnikumunun ibtidai təhsil şöbəsinə daxil olmuşam. Ötən il yaşıdım olan həmkəndlimə el adəti ilə ərə getdim. O, atası ilə birgə evlərinin yanındakı avtomobil təmiri sexində işləyir. Dolanışacağımız pis deyildi. Yeganə arzumuz övladımızın olması idi. Təhsilimi bu il başa vurdum. Yaxın günlərdə diplom alacaqdım. Evdəkilərdən xahiş edirdim ki, rayon mərkəzinə gedəndə diplomumun hazır olub-olmaması ilə maraqlansınlar. Avqustun 13-də səhər qayınatam — mən ona „papa“ deyə müraciət edirdim — dedi ki, diplomun məktəbinizə gəlib çıxıb, hazırlaş, gedib alaq. Sevincimin həddi-hüdudu yox idi,- demək növbəti il müəllim işləyəcəyəm! Geyinib-keçinib oturdum maşına. Elə qayınatamın da kefi kök idi. Nə biləydim ki, o, günlərlə baş sındıraraq barəmdə heç vaxt ağlıma gətirə bilməyəcəyim murdar plan cızıb…
Ardı →