Milli qayğanaq reseptləri

Milli qayğanaq növləri: nümrü, çalxama, şirin, ballı…
* Nümrü qayğanaqda – yumurtanı heç çalmaq da lazım deyil, elə tavanın kənarına vurub, qaynayan yağa salınır, cızhacız bişir. Gərək sarısını tam bişməyə qoymayasan ki, yaxşı həzm olsun.
* Çalxama – yumurtanın içinə bir az təzə süd əlavə edib çalxalayırsınız. Bir növ, omlet kimi.
* Ağsaq oxlax xörəyi – qaynar qayğanağın üzərinə sarımsaqlı camış qatığı töküb yeyirlər.
* Şirin qayğanaq – yumurtanın üzərinə şəkər səpirlər. Quba bölgəsində üzərinə bəkməz də əlavə edirlər. Onda qayğanaq qəhvəyi rəngdə olacaq.
Davamı →

Ordubad qayğanağı


10-12 ədə yumurtanı mikserlə yaxşıca çalınır. 0.5 lt. yağ qazana əlavə edilib ocaqda qızdırılır. Yumurta qızğın yağa əlavə olunur və qarışdırılır.

Yumurtanin alt üzü bişdikdən sonra çevrilir. Üst üzü bişdikdən sonra qayğanaq çıxarılıb düz qaba qoyulur. Baldan hazırlanan soyuq şərbət qayğanağın üzərinə əlavə edilir. Qayğanağımız hazırdır. Nuş olsun!
Davamı →