Öpüşmək | Orhan Pamuk

Rialto körpüsünün yaxınlığında, balıq bazarı tərəfdə bir cütlük öpüşürdü. Kişi də, qadın da yaxşı geyimli, hündür boylu, yaraşıqlı və gözəl idilər. Ətraflarında Venesiyanı Venesiya edən memarlıq detalları, qotik pəncərələr və batan günəşin, axşamın xoş, yumuşaq işığı və narıncı, bənövşəyi rəngləri vardı. Böyük Kanalın (Grand Canal) düz yanındakı boş bir ərazidə idilər. Bir-birlərinə fokuslanmış, qollarını bir-birinin bədəninə dolamış, bütün dünyanı unutmuşdular. Yenə də bir anlıq özümdən soruşdum: “Görən kameralar hardadı?” Sonra öpüşən bir cütlüyə baxmağın düzgün olmadığını düşünərək başımı başqa tərəfə çevirdim. Başqalarının xoşbəxtliyi hamı kimi məni də bəzən azca kədərləndirir, amma bu dəfə ruhumdan belə bir kölgə keçmədi. Bəlkə də Venesiyaya bu səfər xoşbəxt olmağa gəldiyim üçündür.
Davamı →

Orhan Pamuk Albert Kamü haqqında

Əlbəttə ki, yazıçılara əvvəlcə yazdığı kitablara görə heyran oluruq. İllər keçdikcə, o kitabları ilk dəfə oxuduğumuz dövrlə, günlə bağlı xatirələrimiz və kitabın bizdə yaratdığı, əvvəlcə fərqinə varmaq istəmədiyimiz həsrət və başqa duyğular, həmin kitabı ilk dəfə oxuyanda içimizdə yaranan heyranlıqla birləşir. Artıq həmin yazıçıya təkcə bizə dünyanın içimizə sirayət edən bir rəsmini təklif etdiyi üçün yox, həm də həyatımızın və ruhi inkişafımızın bir parçası olduğu üçün bağlılıq hiss edirik. Mənim üçün Kamü, Dostoyevski kimi, Borxes kimi bu cür təməl yazıçılardandır.

Bu iki yazıçı kimi, Kamü də fəlsəfi və metafizik meyli ilə gənc oxuculara dünyanın, həyatın mənalandırılmağı gözləyən cazibadər şeylər olduğunu və bu mənalandırmaq işini yerinə yetirmək istəyən ədəbiyyatın – həyat kimi – sərhədsiz imkanları olduğunu sarsıdıcı şəkildə hiss etdirir. Gənc vaxtı bu yazıçıları optimistliklə oxusanız, siz də onlar kimi yazıçı olmaq istəyərsiniz. Kamünun az qala bütün kitablarını Dostoyevski və Borxesin əsərlərindən əvvəl, 18 yaşımda ikən, atamın təsiri ilə oxumuşam. İnşaat mühəndisi atam, 1950-ci illərdə Gallimard tərəfindən bir-bir çap olunan Kamünün son dönəm kitablarını Parisdən alır, ya da İstanbula gətizdirir və diqqətlə oxuduqdan sonra onlar haqqında arabir danışmaqdan zövq alırdı. Bugün düşünürəm ki, atama təsir edən şey, başa düşəcəyim dillə arada mənə izah etməyə çalışdığı “absurd fəlsəfə”sindən çox, bu fəlsəfənin Qərbin böyük şəhərlərindən, onların dramatik memarlığından və evlərin içindən yox, bizimkinə bənzəyən kənarda qalmış, yarı-yoxsul, yarı-modern, yarı-müsəlman, yarı-sekulyar bir dünyadan bizə səslənməsidir.
Davamı →

Orxan Pamuk - Dostoyevski

“Times Literary Supplement”in “minilliyin ən yaxşı kitabı hansıdır” sorğusunaOrhan Pamuk

Mənim düşündüyümə görə, bu minilliyin kitabı dahi rus yazıçısı Mixail Fyodoroviç Dostoyevskinin “Karamazov qardaşları” əsəridir. Bu dünyada yaşamağın, digər insanlarla birlikdə olmağın və başqa dünyanı arzulamağın bütün problemlərini haradasa ensiklopedik ölçüyə çatan bir genişlik və ürəkdən gələn sarsıdıcı sıxlıqla dramlaşdıra bilən belə bir başqa kitab tanıya bilmirəm.

Kilsə və dövlət, ideologiyalar və gözəllik, sərbəstlik və cavabdehlik kimi hər zamanın problemləri ilə əyalətdəki balaca bir rus ailəsinin pul, eşq, ata qorxusu, qardaş qısqanclığı, etibar kimi daxili problemlərin arasında bu roman eləsinə bir ahəng və güclə gedib-gəlir ki, insan oxumağın verə biləcəyi ən böyük hədiyyəni alır. Bu da öz həyat təcrübəmizin insanoğlunun təcrübəsinin bir parçası olduğunu dərindən hiss etməkdən ibarətdir.

Bu roman başqa romanlarda çox az görə biləcəyimiz qədər qəribə, xarici dünyanın qanunlarını, bir müddət sonra bütün dünyanın qanunları olaraq qəbul etdirərək bizi bütünlüyü ilə içinə çəkir. “Karamazov qardaşları”nın dünyasına yaxşıca girərkən bu dünyadakı yerimizi, həyatın mənasını, eşq, qardaşlıq, Allahın varlığını bir fikir olaraq deyil, həyəcan və sarsıdıcı duyğu olaraq yaşayırıq.
Ardı →

Orhan Pamuk | müsahibə

Nobel mükafatçısı yazıçı Orxan Pamuk bir müddət əvvəl İtaliyanın yüksək tirajlı “La Repubblica” qəzetinə müsahibə vermişdi.Yazıçı müsahibədə olduqca maraqlı fikirlər səsləndirmişdi. Orhan Pamuk

 “Ailənin idiotuydum, amma sonra Nobel qazandım” başlığı ilə çap olunan müsahibədə yazıçı mühəndis ailəsindən gəldiyini, xüsusilə də böyük qardaşı və ona böyük ümidlərin olduğunu, amma onun müəllimlərdən çəkindiyi üçün bu sahədə inkişaf edə bilmədiyini deyib.

 Ailəsinin klassik türk patriarxal ailə tipində olduğunu və böyük qardaşı ilə özünün üçüncü dünya ölkələri tərzində bir təhsil aldıqlarını vurğulayan Pamuk qardaşlardan birinin mütləq mühəndislik oxumalı olduğunu, böyük qardaşının Yale Universitetində “Kimya mühəndisliyi”ni oxuyaraq bunu etdiyini, özünün isə ailənin tipik bir ikinci uşağı olaraq qaldığını danışdı.

 Jurnalistin “Fransız yazıçısı Sartrın “Ailənin idiotu” kimi mi?” sualına Orxan Pamuk bu cür cavab verib: “Bəli. Hətta daha çox. İkinci doğulanlara bariz sübutam. Ailə həmişə ilk uşağın təhsilinə daha çox diqqət edir. O da özünü daha məsuliyyətli hiss etmək məcburiyyətində qalır. Bir yerə gedəndə qardaşım küçələri tapmağa çalışar, mən havaya, vitrinlərə baxar, xəyallar qurardım.


Ardı →

İstanbul I Orhan Pamuk

İkinci hissə(Qaranlıq muzey — evin şəkilləri)

Anam, atam, qardaşım, nənəm, əmilərim, xalalarım, bibilərim beşmərtəbəli mülkün müxtəlif mərtəbələrində yaşayırdıq. Mən doğulmazdan bir il əvvələ qədər böyük Osmanlı ailəsi kimi hamının birlikdə, amma ayrı-ayrı otaq və hissələrində yaşadığı yandakı böyük daş ev boşaldılıb özəl bir ibtidai məktəbə kirayəyə verilmiş, 1951-ci ildə bitişikdəki tikinti sahəsində indi bizim dördüncü mərtəbəsində yaşadığımız «modern» bina tikilmiş, küçə qapısının üzərinə də o zamankı dəbə uyğun olaraq qürurla «Pamuk Mülkü» yazılmışdı. İlk illərdə anamın qucağında çıxıb-düşdüyüm bu mərtəbələrin hər birində bir-iki piano vardı. Həmişə qəzet oxuyarkən xatırladığım əmim də sonda evlənmiş, daha sonra yarım əsr küçədən keçənləri pəncərədən seyr edərək içində yaşayacağı birinci mərtəbəyə əmim arvadı və pianosuyla köçmüşdü. Heç biri çalınmayan bu pianolar məndə hüzn və mənəvi sıxıntı oyandırırdı. Təkcə pianoların çalınmamasına görə deyil, içi dopdolu Çin qabları, fincanlar, gümüş dəstlər, şəkər qabları, burunotu qutuları, büllur qablar, gülabdanlar, boşqablar, buxurdanlar (və bir gün aralarında gizlənmiş kiçik oyuncaq maşın) dolu vitrinli bufetlərin həmişə qıfıllı qalması, sədəf işləməli rəhillərin, divardan asılı əmmamələrin işlənilməməsi, Art Nouveau və yapon sənəti təsirini özündə saxlayan pərdələrin arxasında heç bir şeyin gizlənməməsi,
Ardı →

İstanbul I Orhan Pamuk

Birinci hissə
İstanbulun küçələrində hardasa, bizimkinə bənzəyən bir başqa evdə hər şeyilə mənim bənzərim, əkiz tayım, hətta tam eynim olan başqa bir Orhanın yaşadığına uşaqlıqdan başlayaraq uzun illər boyu inandım. Bu fikrin ilk dəfə haradan və necə beynimə düşdüyünü xatırlaya bilmirəm. Böyük ehtimalla səhv başa düşərək, təsadüflər, oyunlar və qorxularla hörülmüş uzun prosesin sonunda bu fikir içimə dolmuşdu. Bu xəyal beynimdə işarmağa başlayınca nələr hiss etdiyimi açıqlaya bilmək üçün, onu ən müəyyən şəkli ilə ilk dəfə hiss etdiyim anlardan biri barədə danışmalıyam. Beş yaşımdaykən bir dəfə başqa bir evə yollanmışdım. Anamla atam dalaşıb ayrıldıqdan sonra nəhayət Parisdə görüşmüş, İstanbulda qalan məni və böyük qardaşımı da bir-birimizdən ayırmışdılar. Böyük qardaşım Nişandaşında Pamukların mülkündə nənəm və böyük ailə üzvləri ilə birlikdə qalırdı. Məni isə Cahangirə xalamın evinə yollamışdılar. Həmişə sevgiylə və gülümsər üzlə qarşılandığım bu evin divarında ağ çərçivə içərisində kiçik uşaq şəkli asılmışdı. Aradabir xalam, ya da xalamın əri divardakı şəkli göstərib «bax, bu sənsən» deyə gülümsəyərdilər.
Ardı →