Orqanizmlərin hüceyrəvi quruluşu

Canlı orqanizmlərdə gedən bütün bioloji prosesləri, o cümlədən, irsiinformasiyaların sirlərini hər şeydən əvvəl hüceyrədə axtarmaq lazımdır. Hüceyrənindaxilində son dərəcə mürəkkəb kimyəvi proseslər və enerji mübadiləsi gedir. Hüceyrəöz mürəkkəb quruluşunu uzun sürən təkamül prosesində qazanmışdır.Hüceyrələr ölçü və quruluşlarına görə çox müxtəlifdirlər. Bu müxtəliflik onlarındaşıdıqları funksiyalarla əlaqədar şəkildə meydana gəlmişdir. Ümumiyyətlə hüceyrələrmikroskopik ölçüdə olur. Məsələn, bakteriyaların çoxunda hüceyrələrin ölçüsü 1-2mmk-dur. Lakin ölçüsü 1-2 mmk-dan bir neçə sm-ə qədər olan adi gözlə görünə bilənhüceyrələr vardır.
Ardı →