XX əsr Pakistan şeiri - Məhəmməd İqbal və Fəxxar Zaman

Məhəmməd İqbal
Böyük Pakistan şairi, filosofu, ictimai-siyasi xadim, XX əsr Müsəlman Şərqi ədəbiyyatının görkəmli nümayəndəsi və nəhayət, Pakistanın «mənəvi atası» titulunu almış Məhəmməd İqbal 1873-cü ildə Pəncab əyalətinin Siyalkut kəndində, sufi ailəsində anadan olub. İlk təhsilini dini elmlər və «Qurani-Kərim» üzrə alıb. Mədrəsə təhsilini bitirdikdən sonra ərəb və fars dili müəlliminin məsləhətilə müsəlman xalqlarının ədəbiyyatına maraq göstərən İqbal Lahurda ali təhsilini başa vurub Şərq dilləri fakültəsində müəllim kimi çalışıb. İlk şeirlərinin dərci də həmin dövrə təsadüf edir. 1905-ci ildə Kembric Universitetinin Fəlsəfə və iqtisadiyyat fakültəsini bitirən İqbal Londonda yaşadığı 3 il ərzində Ərəb dili və ədəbiyyatı fakültəsində müəllim işləməklə yanaşı, Londonda böyük əks-sədaya səbəb olan bir sıra konfranslar təşkil edib. Sonrakı illərdə o, Almaniyanın Münhen şəhərində fəlsəfə üzrə doktorantura təhsili də alır. 1908-ci ildə Hindistana qayıdan, orada böyük heyranlıq və coşqu ilə qarşılanan Məhəmməd İqbal ölkənin siyasi həyatında fəal iştirak edib, xalqının maariflənməsi istiqamətində böyük işlər görüb.

Davamı →