Müqəddəs Kitablar – Xristian fəlsəfəsinin mənbəyi kimi

Məlum olduğu kimi, Xristianlıq öz ifadəsini İlahi vəhylərlə və Müqəddəs Kitablarda tapmış dinlərdəndir (sacra scriptura). Bu cür dinlərə revelyasionist dinlər deyilir. Belə ki, revelyasionizmdə kitaba çox böyük hörmət və ehtiramla yanaşma tərzi xassdır.

Xristianlığın  Müqəddəs Kitablar toplusu Bibliya adlanır. Bibliya Əhdi-Ətiq (Qədim Əhd — Tanrı ilə yəhudilər arasında olan andlaşma) dörd hissəyə bölünür: Tövrat – Musanın Qanun kitabı (ilk 5 kitab), Tarixi kitablar (“Yeşua” kitabı ilə başlayaraq cəmi 12 kitab), Poetik kitablar (“Zəbur” və digər 4 kitab), Peyğəmbərlərin kitabları (“Yeşaya” peyğəmbərin kitabı ilə başlayaraq cəmi 17 kitab). Yəhudilər Əhdi-Ətiqi “Tanah” adlandırırlar.) və Əhdi-Cədid (Yeni Əhd – Tanrının İsa vasitəsi ilə yəhudilərdə bağladığı yeni əhd) 27 kitabdan ibarət olub, yunan dilində yazılmışdır. İlk dörd kitab İsanın həyatı haqqında rəvayətlər toplusu olan İncillərdir (Mattanın, Markusun,Lukasın və Yəhyanın). Daha sonra İsanın həvarilərinin gördükləri işlər haqqında bəhs edən “Həvarilərin işləri” kitabı və onların müxtəlif xristian icmalarına və şəxslərə ünvanlandırdıqları Məktubları gəlir.) adlı toplulara bölünür. Onların hərəsi, öz növbəsində, çoxlu kitablardan ibarətdir. Əhdi-Ətiq xristian kilsəsi tərəfindən qəbul edilən qədim yəhudi dininin Müqəddəs Kitablarıdır. Lakin bu kitabları qəbul edərək, kilsə xadimləri onları özünəməxsus tərzdə yozub öz dünyagörüşlərinə uyğunlaşdırıblar. Yəni, xristianlar Əhdi-Ətiqin bir çox yerlərini yəhudilərdən bir qədər fərqli başa düşürdülər. Məsələn, xristianlar hesab edirlər ki, Müqəddəs Kitabın bəzi yerlərində İsanın gəlməsinə işarələr vardır. Lakin yəhudilər bunu qəbul etmirlər.
Ardı →