Pavlova tortu

Deyilənə görə, “Pavlova” tortu ilk dəfə ötən əsrin 20-ci illərində məşhur Rus balerinası Anna Pavlovanın şərəfinə Avstraliyalı bir qənnadçı tərəfindən hazırlanmışdır. Digər versiyaya görə isə, tort Avstaliyada deyil, Yeni Zelandiyada icad olunub. Mübahisələr indiyənədək davam edir. Tortu isə bütün dünyada bəyənib xoşlayıblar. Eləcə də bizim evdə.

“Pavlova” tortu 3 qatdan ibarətdir. Birinci qat – dairəvi merenq (bize) layıdır. Bunun üstünə ikinci qat – qaymaqlı krem çəkilir. Bu qatın üzərinə  isə təzə meyvələr. Tortun originalında buraya kivi, çiyələk, marakuya meyvələri düzünür, amma bunların yerinə müxtəlif xırda giləmeyvələrdən də istifadə etmək olar. Elə bu reseptdəki kimi. Tort o qədər ləzzətlidir ki, tərif etməklə, qurtarmaz. Balerina kimi zərif, kövrək bir tortdur. Necə dəyərlər, adına laiq. Bişirin. Dadın. Nuş edin.


Ardı →