Azadlıq sevgidi

  • Kino
La-Mança şəhərinin kino yaradıcılığına təsiri…
Mənim doğulduğum La-Mança şəhəri İspaniyanın bəlkə də ən quraqlıq olan bölgəsidir. Orda torpaq tünd qırmızı rəngə çalır. Və üst-üstə təbəqələrdən ibarətdir. Uzaqlara baxdığınız zaman dümdüz üfiqi xətt, tək-tük ağac nəzərə çarpır. Torpağın üzərində isə ağır buludlu asiman sonsuza qədər davam edir. Bununla yanaşı çox maraqlıdır ki, La-Mançalı yazıçı və rəssamların çox parlaq və xeyli barokko tərzləri var. Hesab edirəm ki, o qədər də bər-bəzəkli olmayan belə bir mənzərə insana öz fantaziyasını yaratmaqda kömək edir.

Uşaq vaxtı insan özünü sadəcə uşaq kimi görər. Bunun üçün başqa bir şans da olmur. Səkkiz yaşıma qədər La-Mançada yaşamışam. Ancaq filmlərimdə istifadə etdiyim rənglər toplusunu orada tapa bilməzsiniz. Qəribədir ki, həmin rənglərlə çox sonralar Santo-Dominqoda, Kubada, Meksikada rastlaşdım. Oralara ilk dəfə getdiyim zaman artıq karyeramın ortalarında idim. Və həmin rənglərlə elə bütünləşmişdim ki, məni həmin torpaqlara bağlayan genlərə sahib olub-olmadığım haqda maraqlanırdım.
Davamı →

Homoseksual rejissorun qadın sevgisi

Pedro Almodovar haqda hər şey

Almodovar titrlərlə kreativ işləyən yeganə rejissordur. Onun rəngli, ispan koloritli rəsmli titrlərinin güclü vizual ifadəsi var və sanki bu, filmdən ayrı müstəqli yaradıcı işdir.

****

Qəhrəmanlar yalnız “El Pais” qəzetini oxuyurlar. Yəqin ki, bu təsadüf deyil. “El Pais” Frankodan sonrakı İspaniyada ilk demokratik qəzetdir.

****

Bütün interyerlərdə dibçəklər, güllər önəmli yer tutur.

****

Əksər filmlərdə mətbəx səhnələri var. Qadınlar yemək bişirir, tərəvəz doğrayır, gülləri sulayır. Onlar daima hərəkətdədirlər. Onun qadınları sanki bişirdikləri yeməklərə, güllərə, yerləşdikləri əşyalara, tərəvəzlərə qarışır, bütünləşir.

 ****

Almodovar tragikomik situasiya ustasıdır. Komik dialoq, replika faciə kontekstində səslənir.

 


Ardı →

Pedro Almodovar

  • Kino

İspan Pedro Almodovar son illərin müəllif kinosunun ən tanınmış rejissorlarından, müasir kinematoqrafiyanın klassiklərindən biridir. Onu Qoyyanın şagirdi, Lorkanın ruh qardaşı, İspaniyanın zədələnmiş ruhu adlandırırlar. Almodovarın sayəsində dünya Penelopa Kruz, Antonio Banderas, Rossi de Palma, Viktoriya Abril kimi istedadları tanıdı.
Rejissorun filmlərində sosial realizm, naturalizm güclüdür. Onun qəhrəmanları tibb bacıları, narkomanlar, aktyorlar, müğənnilər, filosofluq edən cahillər, homoseksuallardır. Bir çox filmlərində Almodovar qadın təbiətini tədqiq edir. Rejissor qadınları anlatmaq üçün dərin psixologizmə varmır, filosofluq etmir, onların dünyalarını qəliz, ağır kino elementləri ilə ifadə etmir.


Ardı →