Qırıq qəlb sindromu

Ürəyi məhv edən sınıq qəlb sindromu

Son illərdə tez-tez eşidilən qırıq ürək sindromu («Broken Heart Syndrome”), bədənin güclü stressə verdiyi cavabdır. Ürək böhranına bənzər tapıntılarla özünü göstərən bu xəstəliyi 1990-cı ildə Hiraru Sato kəşf edib və ona Takotsubo Kardiyomiyopatiyası adını verib. Bu ad, ürəyin sol hissəsinin sindromun inkişafı zamanı Yapon balıqçıları tərəfindən istifadə edilən səkkizayaqlı ilbiz ovlayan qaba bənzəməsi ilə əlaqədardır.


Davamı →

"Broken heart" - Qarşılıqsız sevginin fəsadları

  • Sevgi

Qarşılıqsız sevgi ilə birgə yaşanan kədər həmin insanlarda gələcəkdə ürək çatışmazlığı kimi ciddi problemlər yol aça bilər.

Mütəxəssislər qarşılıqsız sevgi yaşayan insanların bu sevgi ilə yanaşı çəkdiyi üzüntünün onlarda ciddi ürək problemləri, ən başlıcası ürək çatışmazlığına səbəb olacağını bildiriblər.

İngilislər tərəfindən bu xəstəlik «Broken heart» (qırıq qəlb) adlanır. İnsan stress, kədər və həyatında mühüm bir dəyişiklik yaşadığında ürəyində bəzi dəyişikliklər olur. Bununla yanaşı insanda gribal infeksiyaya bənzəyən əlamətlər, halsızlıq, yüngül qızdırma, yatağa bağlı olmaq kimi problemlər ortaya çıxır. 

«Qırıq qəlb» xəstəliyinin daha çox həssas insanlarda rastlandığını bildirən həkimlər, bu xəstəliyin əsl səbəbinin tam məlum olmadığını deyiblər. Əsasən gənc insanlarda rastlanır və xoşagəlməz, üzücü nəticələrə səbəb olur. Bu cür xəstələr ilk olaraq döş qəfəsində ağrılar, halsızlıq, ayaqlarda şişmə kimi əlamətlərdən şikayət edərlər.


Ardı →