İtin mavi gözləri | Qabriel Qarsia Markes

O, diqqətlə mənə baxırdı, mənsə, bu qızı əvvəllər harda gördüyümü yadıma sala bilmirdim. Onun nəm və məyus baxışları kerosin lampasının titrək işığında parıldadı və mən xatırladım ki, bu otaq və bu lampa hər gecə yuxuma girir, hər gecə burda iztirablı gözləri olan bu qızla görüşürəm. Hə-hə, mən cut   hər gecə yuxu ilə gerçəkliyin qeyri-müəyyən sərhəddini aşaraq məhz onu görürəm. Stula söykənib ağırlığımı onun arxa ayaqları üstündə tarazlaşdıraraq siqaret axtarıb yandırdım, acı tüstü halqaları havaya qalxdı. Biz susmuşduq. Mən stulda yırğalanır, o isə ağappaq uzun barmaqlarını lampanın şüşəsində qızdırırdı. Onun göz qapaqlarında kölgələr titrəyirdi.
Ardı →