Qala kəndi

QalaQala Abşeron yarımadasının şimal-şərqində yerləşir. Türkan, Şüvəlan və Qala gölü ilə əhatələnib. Sahil yaşayış məntəqələrinə nisbətən yayda havası isti və quru təsir bağışlayır, qəsəbənin ərazisi gilli-qara-sərt torpaqla örtülüb. Ərazinin yaşıllığı və bitki örtüyü çox zəifdir. Bir sıra Abşeron kəndləri kimi Qala da duz gölü ilə məşhur olub. Qala duzu öz ağlığına və tamına görə ən keyfiyyətlilərdən sayılıb. Camaat duzu çuvallara dolduraraq satmaq üçün Azərbaycanın müxtəlif bölgələrinə aparıb. Duz ilə əlaqədar camaat arasında belə bir əfsanə də yayılıb. Guya yerli xan qazanc məqsədilə şoru icarəyə vermək niyyətinə düşür. Lakin bu zaman şorun üstünü qan ləkəsi örtür. Bunu görən xan niyyətindən əl çəkir. Ona görə də əhali əvvəlki kimi heç bir ödəniş vermədən həmin duzdan istifadə edir.


Ardı →

Qala

Abşeron yarımadasının şimal-şərqində, Bakının Xəzər rayonunda yerləşən Qala kəndi qədim yaşayış məskənlərindəndir. Burada e. ə. III minilliyə aid tarixi mühiti hiss etmək mümkündür. 1988-ci ildə burada Qala Tarix-Etnoqrafiya Qoruğu yaradılıb. 156 hektar ərazini əhatə edən qoruqda e. ə. III minillikdən XX əsrə qədər tarixi əhəmiyyət daşıyan memarlıq abidələri — 5 məscid, 3 hamam, 4 ovdan, yaşayış evləri, kənd təsərrüfatı təyinatlı binalar, sərdabələr, məqbərələr, kurqanlar, qəsrin qalıqları və s. mövcuddur. 5 min illik tarixə malik olan Qala kəndində bir neçə məhəllə olub. Bunlardan Tərəkəmə, Balaverdi, Hacı Ramazan, Çəmbərəkənd məhəlləsini qeyd etmək olar.
2008-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə Qala Tarix — Etnoqrafiya Qoruğunun ərazisində açıq səma altında ilk muzey — Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksi yaradılıb.
Davamı →