Ukraynanın birinci katibi Şerbitski

Kremlə heç vaxt baş əyməyən, sovet rejimində vəzifə ranqına görə özündən üstün olanlara belə məqamında cavab verməyi bacaran Şerbitski istər siyasi fəaliyyətində, istərsə də şəxsi həyatında fərqli bir şəxsiyyət kimi yadda qalıb...
Şerbitskinin dəfələrlə Kremldə ən yüksək vəzifələri tutmaq şansı yaransa da, o, bu şanslardan heç vaxt istifadə etməyib. 1970-ci illərin sonlarında SSRİ Nazirlər Sovetinin sədri Aleksey Kosıginin səhhətində problemlər yarananda Leonid Brejnev Şerbitskini Moskvaya dəvət edərək ona Nazirlər Sovetinin sədri vəzifəsini təklif edib.
Davamı →

“Yenidənqurma”. 1985-1991

1985-ci il martın 10-da K.U.Çernenkonun ölümündən sonra M.S.Qorbaçov Sov.İKP MK-nın Baş Katibi seçildi. Qorbaçov Mixail Sergeyeviç 1931-ci ildə Stavropol diyarının Privolno stanitsasında (kazak kəndi) anadan olmuşdur. Orta məktəb illərində əmək fəaliyyətinə başlayan M.Qorbaçov MDU-nin Hüquq fakültəsini və Kənd Təsərrüfatı institutunu bitirmişdir. Mərkəzi komsomol və partiya orqanlarında rəhbər vəzifələrdə çalışan M.Qorbaçov Sov.İKP MK-da aqrar siyasət üzrə işə cəlb edilmişdir. 1980-ci ildən Siyasi Büronun tərkibinə daxil olan M.S.Qorbaçov K.U.Çernenkonun ölümündən sonra A.A.Qromıkonun təşəbbüsü ilə gənc, dinamik lider kimi Baş Katib seçildi. Ölkə tarixində onun üzərinə çətin islahatçı rolu düşdü. Onun bütün fəaliyyəti ardıcıl və qabaqgörən olmasa da məhz M.Qorbaçov mövcud hakimiyyət strukturuna savaş açdı. Onun kosmetik xarakterli yarımçıq islahatları köhnə sistemin dağılmasını daha da sürətləndirdi. 1991-ci ilin dekabrında SSRİ dağıldıqdan sonra M.S.Qorbaçov istefaya gedərək özünün qurduğu Fond vasitəsilə fəal ictimai-siyasi iş aparırdı.


Davamı →