Eyfel qülləsi

Eyfel qülləsi — Parisin metaldan hazırlanmış ən məşhur qülləsidir. Qüllə həm də bütün dünyada Fransanın simvoluna çevrilmişdir.
«Eyfel» adı qülləyə onu inşa edən memarın — Qustav Eyfelin (fr. Gustave Eiffel) adından miras qalmışdır. Memar özü isə qülləni «300 metrlik qüllə» adlandırmışdır. Dünyada turistləri özünə cəlb edən məkanlar arasında ön sıralardan birini tutan Eyfel qülləsinə ildə 6 milyon turist baş çəkir. Bütün tarixi boyu isə qülləni görməyə gələnlərin sayı 236 milyonu keçmişdir. Eyfel qülləsi Mars adlanan stadionun yanındakı İen sütunları ilə üzbəüz olan Sena çayı nın yaxınlığında yerləşir.

Eyfel qülləsi 1887 –1889 cu illər arasında Qustavo Eyfelin firması tərəfindən inşa etdirilmişdir və fransız dövrünün 100 illik münasibəti ilə əlaqədar hazırlanmış mərasimlərə görə tikilmişdir. Qüllənin tikilməsi haqqında Eyfel özü layihə irəli sürmüş, lakin həmin vaxt ondan başqa 107 nəfər də bu mərasimin şərəfinə digər fikirlər də meydana atmışlar. Bu mərasim 1789 – cu ildə Fransada baş vermiş intibahla əlaqədar olduğuna görə daha təntənəli surətdə keçiriləcəkdi. Həmin vaxt müxtəlif fikirlər irəli sürülsə də, onların içərisində yalnız 4 nəfər finala çıxmağa haqq qazandı. Məhz bunlardan bir də Qustavo Eyfel idi.


Ardı →