Rəsul Rza haqqında

Rəsul Rza 1910-cu il mayın 19-da Göyçay şəhərində doğulub. Məmmədxanovlar nəslindən olan atası İbrahim kənddə mirzəlik və xırdavatçılıqla məşğul olub. Göyçayda dəftərxanada tərcüməçi və dilmanc işləyib. Qızlarını ilk dəfə məktəbə göndərdiyi və onlara çadrasız gəzməyə icazə verdiyi üçün İbrahim bəyin ailəsinə dindən dönmüş, bəhayi ləqəbi veriblər.

Davamı →

Köhnə dünyanı yeni təfəkkürlə qavrayan böyük şair

XX əsr Azərbaycan poeziyasını ötəri bir baxışla gözdən keçirdikdə keçən yüzillikdə şeirimizin öz varlığını formal-metrik baxımdan üç istiqamətdə davam etdirdiyini görürük: klassik Şərq divan şeirimizin ənənələrinə sadiq qalaraq əruz vəznində yazılan milli şeirimiz (türk əruzunda); folklordan, şifahi xalq ədəbiyyatından qaynaqlanan heca şeiri; və bir də ulu soyumuzun «Dədə Qorqud» kimi ərarəngiz mətnlərində nümunələri olan, amma sonrakı yüzillərdə arxa plana keçən, unudulan, türkün azad ruhuna xas olan sərbəst şeir (verlibr). XX əsrdə «birinci yol»da Sabir, Cavid, Səhhət, Vahid kimi nəhənglər, «ikinci yol»da isə Səməd Vurğun və Süleyman Rüstəm kimi böyük şairlər yazıb-yaratdılar. "Üçüncü yol«da ardıcıl yazıb-yaradan, özündən sonra böyük məktəb qoyan bir əsas şairimiz isə Rəsul Rza oldu.

Davamı →