Ramana kəndi

Qədimliyi, tarixi-mədəni zənginliyi ilə seçilən Bakı kəndlərindən biri də Ramanadır. Tarixçilərdən S. Aşurbəyli və S. Vəliyevin fərziyyələrinə görə, Ramana kəndinin adı romalılarla, roman tayfaları ilə (Roma imperiyasının legionları eramızın birinci əsrində Abşeronda olmuşlar) əlaqədardır. Digər fərziyyəyə görə, Ramana sözü iki fars sözünün birləşməsindən əmələ gəlmişdir: rahi — yol, mani — kəsən, kəsişən. Əvvəllər Abşeron kəndlərinin yolları Ramanada kəsişərmiş. Hazırda Ramana kəndini ətrafla əsasən iki yol birləşdirir: Şəhər şossesindən ayrılan yol Muxtarov sahəsindən keçib kəndə qədər uzanır. İkinci yol isə aeroporta gedən yolla birləşir.


Ardı →