Ən təhlükəli idman növləri

Hər hansı bir peşəkar idman sağlamlığa zərər yarada bilər. İdmançılar, yüksək nəticələr əldə etmək üçün bədənlərini lazımi formaya salmağa vaxtlarını sərf edirlər. Ancaq elə maksimal təhlükəli idman növləri də var ki, onunla məşğul olanlar az qala hər dəfə risk almalı olurlar.

Dünyada ən təhlükəli idman növü hansıdır — 9 ekstremal fəaliyyət

Serfing


Davamı →

Xərçənglə mübarizə aparan 4 ərzaq

Xəstəliklərdən qurtulmaq üçün saysız-hesabsız müalicələr alırıq. Amma onlardan canımızı qurtarmaqla yanaşı onlara tutulmamaq üçün də tədbirlər görmək, xəstəlik riskini azaltmaq şansını da əldən buraxmaq olmaz. Bu xəstəliklərdən biri də xərçəng xəstəliyidir. 

Bu xəstəliyə tutulma riskini azaltmaq üçün hansı qidalara üstünlük verməlyik ? 
Qida rejimimizdə hansı dəyişikliklər etməklə uzaqlaşa bilərik?
Bütün bu suallara bu məqaləmizdə cavab tapacaqsınız. 

Çinlilərə İnanırıq: Yaşıl Çay


Davamı →

Riskli yaşamaq

Riskli yaşamaq nə deməkdi?

Riskli yaşamaq — yaşamaqdı. Kim risk eləmirsə yaşamır. Risk həyata dad verir. Əsl həyat təhlükələrlə dolu həyatdı. Təhlükəsiz həyat mənasızdı.

Təhlükəsizliyə can atmaq insan həyatını tərpənməz bataqlığa döndərir. Belə insanın enerjisi çıxış tapmır, içəridə qalır və o narahat yaşayır. Heç kim başına nələr gələcyini bilmir. Gələcək bəlli deyil. Buna görə də çox adam riskdən qorxur. Daha rahatı məlumlarla qane olmaqdı. Bildiklərinlə kifayətlənməkdi. Yeniyə can atmamaq insanlara görə adamı təhlükədən qoruyur. Amma bu həm də həyatdan uzaq salır adamı. Çünki həyat hadisələr toplusudu. Nə qədər çox hadisə baş verirsə bir o qədər zəngin həyat yaşayırsan. Hadisə azlığı həyatın statik vəziyyətə olmasının göstəricisid. Bu halda niyə yaşayırsan? Mənası nədi? Həyatdan qorxmaq olmaz. qorxsan belə riskə atılmalısan. Əks halda cansıxıcı, darıxdırıcı bir yaşam gözləyir səni. Hər dəqiqə nəsə istəyirsən, nəsə arzulayırsan, amma nə istədiyini bilmirsən. Bu macərasızlıqdı, stabillikdi, köhnəliyin təkrar-təkrar yaşanmasıdı. Bu, insanı dəli edə bilər. Çünki insan enerji mənbəyidi. O enerjisini buraxmalıdı, xərcləməlidi. Eynilikdə bu mümkün deyil. Risksiz olmur.


Ardı →

Biznes riskinin müəyyənləşməsi

Biznes risklərinin müxtəlif növləri vardır. Biznes riskləri daxili və xarici ola bilər. Onlar iş qabiliyyətinə birbaşa və ya dolayısı yolla təsir göstərə bilər. Risklər təhlükə əsaslı (məsələn, kimyəvi dağıntılar), qeyri-müəyyən əsaslı (məsələn, təbii fəlakətlər) və ya imkanlar ilə bağlı ola bilər.

Ümumi risk kateqoriyaları aşağıdakılardır:

Təbii fəlakətlər: sel, fırtına, meşə yanğını və quraqlıq;
Pandemiya: qrip, donuz qripi və ya quş qripi;
Hüquqi: sığorta məsələləri, mübahisələrin həlli, müqavilə pozulması, qaydalara və öhdəliklərə əməl olunmaması;
Qlobal hadisələr: pandemiyalar və hava nəqliyyatının hərəkətinin dayandırılması;
Texnologiya: kompyuter şəbəkəsi çatışmazlığı və köhnəlmiş avadanlıqların istifadəsi ilə bağlı problemlər;
Ekoloji: iqlim dəyişikliyi, kimyəvi axıntılar və çirklənmə;
İş yerində sağlamlıq və təhlükəsizlik: material, avadanlıq, və ya iş yerindən qaynaqlanan qəzalar;
Əmlak və avadanlıq: təbii fəlakətlər, su borularının partlaması, soyğun, vandalizmin və s. səbəb olduğu zərərlər;
Mühafizə: oğurluq, fırıldaqçılıq, əqli mülkiyyət itkisi, terrorizm, qəsb və online təhlükəsizlik və saxtakarlıq;
İqtisadi və maliyyə xarakterli: qlobal maliyyə problemləri, faiz dərəcəsinin artımı, pul vəsaitinin çatışmazlığı, müştərilərin ödəməməsi, sürətli artım və artan xərclər;
Kadr: sənaye münasibətləri məsələləri, münaqişənin idarə olunması və vakansiyalar doldurulmasında çətinliklər;


Ardı →