Süleyman Rüstəm

Süleyman Rüstəmin yazdığı bütün əsərlər sevgidən, inamdan qaynaqlanıb. O, Azərbaycan ədəbiyyatının çox görkəmli nümayəndələrindən biridir. Onun hər bir əsəri ədəbiyyatımızın solmayan səhifələrini təşkil edir. O, XX ərs Azərbaycan poeziyasının coşqun ruhlu, novator şairlərindən biri olub. Süleyman Rüstəm öz yaradıcılığında Azərbaycanın bütün dilbər qüşələrini vəsf edib, vətənə, torpağa məhəbbət, əməyə qiymət onun poeziyasının mayasını təşkil edib. Yaradıcılığında Sovet dövrünün tələbinə uyğun rejimi təbliğ edən şeirlərə də yer ayırdığı üçün bu günün baxışı ilə şair tənqidlərə məruz qalsa da onun yaradıclığını bir heç saymaq olmaz. Tənqidçi Bəkir Nəbiyev Süleyman Rüstəmi Azərbaycan poeziyasının müxtəsər, poetik ensiklopediyası adlandırırdı.
Süleyman Rüstəm 1906-cı il 12 mart tarixində Bakıda kasıb dəmirçi ailəsində dünyaya göz açıb. Kasıb həyat tərzi, çətin uşaqlıq keçirməsinə baxmayaraq, ədəbiyyata, poeziyaya böyük maraq göstərib, yaradıclığınında da fəhlə, kəndli əməyinə, torpağa və zəhmətə qiymət verməyi öz poeziyasında işıqlandırıb.


Davamı →