“Google” şirkəti əməkdaşlarını işə katerlə aparmağa başlayıb

Google haqqinda maraqli melumatlar yenilik “Google” şirkəti həmişəki kimi yenilik edərək avtobuslardan imtina edib və öz əməkdaşlarını Kaliforniyadakı ofisinə katerlə aparmağa başlayıb.

Belə ki, internet şirkəti San-Fransisko limanında icarəyə götürdüyü 149 sərnişin tutumlu katerdən əməkdaşların Silikon vadisinə səhər işə, axşam isə evlərinə çatdırılması üçün gündə iki dəfə istifadə edir.

“Google” nümayəndələri bildiriblər ki, katerdən istifadə sınaq məqsədilə həyata keçirilir və sınaq müddətinin nə vaxtadək davam edəcəyi məlum deyil. Bundan başqa, şirkətin katerin icarəsinə görə nə qədər pul ödəməsi barədə məlumat verilmir.  


Ardı →