Məhəbbət, yaxud eşqin həqiqəti

Kişi və Qadın arasında (evlənənə qədər) kövrək ünsiyyət məhəbbətə, sevgiyə çevrilir. Ailə qurulur, dünyaya uşaqlar gəlir. Qəfil, ailənin başçılarından soruşsan ki, siz sevmisiz bir-birinizi, aralarınızda, məhəbbət macəraları (!) olubmu, bunu necə izah eləyərsiz? Sual gözlənilməz qarşılanacaq, xoşbəxt ər də, arvad da bir-birini dilsiz baxışlarla süzəcəklər, dinib-danışmayacaqlar. Ürəklərindən güman ki, keçəcək: «Məhəbbət də şərh olunar? Bu ki, gözə görünməyən, gözlənilməz bir şeydir. Məhəbbətə kim tərif verib ki!» Kimsədən xəbər alsan, təxminən bunlar bənzər suallar, gümanlar ürəkdən qopub dilə gələcək. Həqiqətdir bu. Axı, məhəbbətdən, eşqdən, dünyanın ən dahi adamları yazıblarsa, adını tutublarsa konkret heç nə deməyiblər. Qəribədir, ən böyük filosofların başına məhəbbət «Oyunu» gəlibsə, bir qıza könül veriblərsə… bu müəmmalı hissi açmaqdan yan keçiblər; onlara o inam da bəlli olub ki, məhəbbət elmini aça bilsələr, elə tarixin yaddaşında əbədiləşəcəklər! Bəli, bu həqiqəti anlayıblar. Heyf ki…


Ardı →

Bütün sevgiləri ürəyimizdə necə daşıyırıq?

Bir gün Peyğəmbərimiz (s.ə.v) Hz. Əlidən soruşar
-Ya Əli Allahı sevirsən?
-Bəli Ya Rəsulullah


-Yaxşı Məni sevirsənmi ?
— Bəli Ya Rəsulullah


-Yaxşı Həyat yoldaşını sevirsənmi?
-Bəli Ya Rəsulullah


-Yaxşı bəs uşaqlarını necə sevirsənmi?
-Bəli Ya Rəsulullah


-Yaxşı onda bunların hamısını ürəyində necə daşıyırsan? — deyə soruşanda, Hz. Əli bu gözlənilməz sualın qabağında duruxdu və cavab vermədi.
-Bunu fikirləşməliyəm deyə Rəsulullahın yanından ayrılır.


Ardı →

Ürəklərin yaxınlığı...

Bir gün müəllim uşaqlardan soruşur:
— Uşaqlar nə üçün insanlar mübahisə edəndə səslərini yuksəldirlər?
— Çünki sakitliklərini qoruya bilmirlər — deyə uşaqlardan biri cavab verdi.
— Bəs nə üçün qışqırırlar, axı mübahisə etdiyi insan yaxınlığında dayanır? — deyə müəllim soruşdu — sakit danışmaq olmaz? Hirslənəndə qışqırmaq lazımdır?
Ardı →