Simpsonlar

  • Kino
SimpsonlarBəzilərimizin yadında uşaqlıqdan baxdığımız ən uzun serial “Santa Barbara”, bəzilərimizin yadında isə “Simpsonlar” qalıb. İlk dəfə rus kanalı olan Ren Tv-dən bu seriala baxanda təxminən ibtidai sinifdə oxuyurduq. İllər keçdi, “Santa Barbara” belə bitdi, amma “Simpsonlar” bitmədi. Yaşıdımız olan bu multfilm dünyanın ən uzun mult-serialı olmaqla, həm də ən uzun sitkom və ən çox sayda ulduzların dəvət aldığı televiziya serialı kimi də Ginnesin Rekordlar Kitabına düşüb.

Bundan başqa, 2013-cü ildə ən yaxşı qısametrajlı animasiya filmi nominasiyasında Oskar, 4 müxtəlif kateqoriyada 27 dəfə “Emmi”, 3 dəfə British Comedy Awards və digər mükafatlar alıb. “Time” jurnalı onu, “yüzilliyin ən yaxşı televiziya serialı” “Empire” jurnalı isə “bütün dövrlərin ən yaxşı televiziya şousu” adlandırıb. Serialın şərəfinə Hollivudun “Məşhurlar Xiyabanı”nda ulduz da var. Hal-hazırda dünyanın yüzdən çox ölkəsində tanınır.

Bu multfilm kəskin satira ilə bir çox klişe və stereotipləri dağıdır, “orta statistik amerikalının” həyat tərzini əks etdirir. Serialın yaradıcısı Mett Qreyninq o vaxtlar məşhur olan “Cəhənnəmdə yaşamaq” komiksinin müəllifi kimi tanınırdı. O, əvvəlcə elə bu komiksi qısametrajlı animasiya seriyaları kimi davam etdirmək istəyirdi. Lakin komiks qaydalarını pozmamaq üçün birdən-birə fikrini dəyişdi və o, amerikan ailəsinin həyatı haqqında plan çəkməyə başladı.
Ardı →