İsmətimi necə qorudum

Çox şükür olsun ki, ismətimi tərtəmiz, toz zərrəsi qədər də ləkələndirmədən qurtardım. Bəyəfəndi, deyin görüm insan nə üçün yaşayır? İsmətli olmaq üçün yaşamır? Əlbəttə ki, ismətli olmaq üçün yaşayır. Bir qadın ismətini itirdi, üstəlik camaat da bundan xəbər tutdusa, sonra o qadın bir qəpiyə də dəyməz, heç kim onun üzünə baxmaz. Bəyəfəndi, elə bu səbəbə görə ismətimi çox yaxşı qorumuşam.
Onlar çox azğın ismət düşmənləriydi. Görüm onların gözü çıxsın, harada bir ismətli qadın görsələr ona göz dikirdilər. Hələ saf bir ismət görəndə onu ləkələmək üçün əllərindən gələni edirdilər.
Bəyəfəndi, mənim başıma gələnlər, heç kimin başına gəlməmişdir. Hansı birini sizə danışım. Bəyəfəndi, çox şükür ki, o vaxtlar keçdi, çox şükür ki, ismətimiz də azadlığa qovuşdu. Bəyəfəndi, vətənimiz, millətimiz var olsun...
Mənim də ismətimə göz dikdilər. Çox üzr istəyirəm, elə bilməyin ki, mən özümü tərifləyirəm, ancaq bircə onu deyim ki, mənim çox təmiz bir ismətim vardır. Əgər inanmırsınızsa, məni yaxından tanıyanlardan soruşa bilərsiniz.
Ardı →