Təyəmmüm qaydaları

Məsələ 710: İstər qəsdən, istər məsələni bilməməkdən və ya unudaraq, alının və ya əllərin arxasının azacıq bir miqdarı belə məsh edilməzsə, təyəmmüm batildir. Amma çox diqqət yetirmək də lazım deyildir. Alının və əllərinin arxasının tamamilə məsh edildiyi iddia edilərsə, kifayətdir.
Məsələ 711: Əgər əllərinin arxasını tamamilə məsh etdiyinə əmin olmasa, buna əmin olması üçün biləyin üstündən bir miqdarı da məsh etməlidir. Amma barmaqlarının arasına məsh etməsi lazım deyildir.
Məsələ 712: Alını və əllərin arxasını, ehtiyata əsasən yuxarıdan aşağıya doğru məsh etməli və təyəmmüm işlərini ardıcıl olaraq yerinə yetirməlidir. Əgər onların arasında «təyəmmüm edir» deyilməyəcək qədər fasilə verərsə, təyəmmümü batildir.


Ardı →

Təyəmmümü səhih olan şeylər

Məsələ 692: Torpağa, daşa, çınqıla və kəsəyə təyəmmüm etmək səhihdir. Amma torpaq olduğu təqdirdə ayrı bir şeyə təyəmmüm etməmək və əgər torpaq yoxdursa, çınqıla və ya kəsəyə, çınqıl və kəsək də olmadığı təqdirdə, daşa təyəmmüm etmək ehtiyat-müstəhəbbdir.
Məsələ 693: Kəc və əhəng daşına təyəmmüm etmək səhihdir. Həmçinin, ürfə görə yumşaq torpaq sayıldığı təqdirdə, xalça və paltara və bu kimi şeylərin üzərində toplanmış toz torpağa təyəmmüm etmək səhihdir. Amma normal halda onun üzərinə təyəmmüm etməmək ehtiyat-müstəhəbbdir. Həmçinin normal halda bişirilmiş kəc, əhəng, kərpic və əqiq kimi mədən daşına təyəmmüm etməmək müstəhəbb-ehtiyatdır.


Ardı →

Təyəmmüm

Yeddi vəziyyətdə dəstəmaz və qüslün yerinə təyəmmüm almaq lazımdır:
I. Dəstəmaz və qüsl üçün su hazırlamaq mümkün olmasın.
Məsələ 655: Əgər insan abad bir yerdə olarsa, dəstəmaz və ya qüsl suyu tapa bilmək üçün ümidi kəsilincəyə qədər axtarmalıdır. Əgər həmin yer dərə-təpəli və ya ağacların çoxluğundan oraya getmək çox çətindirsə, vacib-ehtiyata əsasən qədim zamanlarda yayla atılan bir ox atışı məsafəsi qədər dörd tərəfə su axtarmaq üçün getməlidir. Əks təqdirdə hər tərəfə iki ox atışı ölçüsündə axtarış etməlidir.


Ardı →

Təyəmmüm

Lüğəti mənada qəsd etmək (yönəlmək), dində isə (istilahi mənada) təmiz torpağa qəsd edib onunla üz və əlləri məsh etmək deməkdir. Uca Allah buyurur:
«Xəstələndiyiniz, səfərdə olduğunuz, ayaqyolundan gəldiyiniz və ya qadınlarla yaxınlıq etdiyiniz zaman su tapmasanız, pak torpaqla təyəmmüm edin, ondan üzünüzə və əllərinizə sürtün.» (əl-Maidə surəsi, 6-cı ayə)

Nə zaman təyəmmüm etmək olar?
1. Su tapılmadıqda və ya istər qüsl, istərsə də dəstəmaz alaraq paklaşmağa kifayət qədər su olmadıqda;
2. Dəstəmaz almalı, yaxud qüsl etməli adam yaralı və ya xəstə olduqda halının pisləşməsindən, yaxud xəstəliyinin uzanmasından qorxduğu zaman;
3. Hava çox soyuq olduqda, dəstəmaz alan, yaxud qüsl edən adam soyuq sudan istifadə etdiyi təqdirdə ona zərər toxunacağından qorxduqda, yaxud sudan istifadə etmək (qızdırmaq və s.) imkanı olmadıqda.
Uca Allah buyurur:
Ardı →