Teymur imperatorluğu

Teymurun Mavəraənnəhri idarə etməsi. XIV əsrin sonu-XV əsrin əvvəllərində şimalda Dərbənd keçidi, Volqa və İrtış çaylarından başlayaraq cənubda İran körfəzinədək, şərqdə Qobi səhrasının hüdudları və Qanq çayı sahillərindən qərbdə Balkan yarımadasınadək geniş bir ərazini  əhatə edən qüdrətli bir türk dövləti-Teymur imperatorluğu meydana gəldi. Bu dövlətin tərkibinə Mavəraənnəhr, Xorasan, Pəncab, İran, Azərbaycan və Cənubi Qafqaz torpaqları daxil idi. Teymur imperatorluğunun yaradıcısı Əmir Teymur (1370-1405) olmuşdur. O, mənşəcə Cağatay ulusunun türkləşmiş Barlas tayfasının Gürgan qoluna mənsub idi.  Hərbi işi öyrənmək üçün Səmərqənd və Bəlx hakimi Əmir Qazanın yanına gedən Teymur tez bir zamanda onun hörmətini qazanmışdı.
Teymur 1356-cı ildə Əmir Qazanın Xorasan yürüşündə fərqləndiyinə görə qiymətli hədiyyələrlə mükafatlandırıldı. Əmir  Qazandan sonra hakimiyyət oğlu Hüseynə keçdi. Əmir Hüseyn düşmənləri ilə mübarizə aparmaq üçün Teymurla ittifaqa girdi.
Davamı →

Teymurun imperiyası və Cənubi Qafqaz

Cənubi Qafqaz tarixinin 1385-1408-ci illəri əhatə edən 23 illik dövrü ölkənin ictimai-siyasi həyatının gərginliyi, yadelli istilaçıların azğınlığı, xalq kütlələrinin vəziyyətini həddindən artıq ağırlığı ilə səciyyələnir. Teymuri ordularının 23 il davam edən fasiləsiz talançı yürüşləri nəticəsində Şirvanşahlar dövlətinin ərazisi istisna olmaqla bütün Cənubi Qafqaz vilayətləri var-yoxdan çıxarıldı. Orta əsr müəlliflərinin yazdığına görə, teymuri qoşunlarının ayağı dəydiyi yerdə daş-daş üstə qalmırdı, Teymurləng təkcə şəhər və kəndləri qarət edib dağıtmaqla kifayətlənmirdi, istila olunmuş yerlər başdan-başa talan edilir, əhali isə bəzən ucdantutma məhv edilirdi. Adamları diri-diri torpağa basdırmaq, divara hörmək, qala hasarlarından aşağı tullamaq, qılıncla doğramaq, işgəncə ilə öldürmək, xalqın əsrlər boyu yaratmış olduğu mədəniyyət abidələrini uçurub yerlə yeksan etmək adi hal almışdı. Teymur məhv etdiyi şəhərlərin yerinə günahsız insanların başlarından qüllələp düzətməyə adət etmişdi.


Ardı →

Əmir Teymurun Azərbaycanda möhkəmlənmək uğrunda hərbi-siyasi mübarizəsi

XVI əsrin 70-ci illərin orta əsrlər şərqində tarix səhnəsinə son dərəcə cəngavər bir dövlət çıxdı. Onun əsasını mürəkkəbləşmiş barlas tayfasından olan Teymurləng (1336-1405) qoymuşdu. Tarixdə Topal Teymur, Tamerlan, «dəmir axın» adları ilə xatırlanan Əmir Teymur 1370-1507-ci illər arasında mövcud olmuş Teymurilər dövlətinin əsası qoymuşdu.
Teymurləng siyais xadim və sərkərdə kimi XIV əsrin 60-cı illərinin əvvəllərindən yüksəlməyə başlamışdı. 1361-ci ildə monqol xanı Toğrul Teymur Mavraünəhrə hücum etdiyi zaman Teymur onun yanında qulluğa girdi və Qaqqadəya vilayətinin idarəsi ona tapşırıldı. Elə həmin ildə də Teymur Əmir Hüseynlə yaxınlaşdı və onların ittifaqı Teymura Toğrul Teymurun vassal asılılığından çıxmağa kömək etdi.
1362-ci ildə Seistanda baş verən döyüşdə sağəlindən və sağ ayağından yaralanan Teymur sonradan ömrü boyu axsadığına görə Teymurləng adı aldı.


Ardı →

Əmir Teymurun işgalları ərəfəsində Cənubi Qafqazda beynəlxalq vəziyyət

XIII əsrdə Cənubi Qafqazın başı üzərini iki böyük fəlakət almışdır ki, bunların hər ikisi monqol istilaların ilə bağlı idi. Monqolların Azərbaycana birinci (1220-1223) və ikinci (1228-1230) yürüşləri zamanı əhalinin sıx yaşadığı 7 Azərbaycan şəhəri – Marağa, Ərdəbil, Sərab, Beyləqan, Şamaxı, Gəncə və Şəmkir əsasən xarabalıqlara çevrilmişdi. Beyləqan şəhərinə elə amansız divan tutulmuşdu ki, şəhər bir daha özünü düzəldə bilməmişdi. İri şəhərlərdən yalnız Təbriz və Naxçıvan böyük xərac bahasına öz varlıqlarını qoruyub saxlaya bilmişdi.
XIII əsrin ikinci yarısında Azərbaycanın başı üzərini yeni fəlakət aldı. Belə ki, Çingiz xanın nəvəsi Hülakü xan 1254-cü ildə 120 minlik böyük bir ordu iləİrana və Cənubi Qafqaza doğru hərəkətə başladı. 1255­1256-cı illərdə bütün İran və Azərbaycan, az sonra Ön Asiya başdan-başa Hülakü xanın hakimiyyəti altına keçdi. 1258-ci ilin fevralında Hülakü xan və onun sərkərdəsi Bacu Bağdadı aldılar, şəhər 40 gün qarət olundu və xarabazara çevrildi. Beləliklə, Abbasilər sülaləsinin 508 ildən yuxarı davam edən hakimiyyətinə (750-1258) son qoyuldu.


Ardı →

Teymurilərin hakimiyyəti dövründə beynəlxalq münasibətlər

Cənubi Qafqaz xalqları mürəkkəb və rəngarəng hadisələrlə zəngin çoxəsrlik tarixə malikdir. Həmin tarixin olduqca maraqlı, lakin az öyrənilmiş XIV-XV əsrlər dövrü xalqın təşəkkülü, Azərbaycan və Gürcüstanda milli dövlətlərin meydana gəlməsi, azəri və gürcü ədəbi dillərinin formalaşması kimi proseslərlə səciyyələnir.
Ölkəmizin təbii-coğrafi mövqeyi, beynəlxalq ticarət yolları üzərində yerləşməsi və strateji əhəmiyyəti hələ qədim zamanlardan yadelli işğalçıların diqqətini cəlb etmiş, Cənubi Qafqaz torpaqları vaxtdan-vaxta onu ələ keçirmək istəyənlər arasında mübarizə meydanına çevrilmişdi. XIV-XV əsrlərin hüdudunda həmin mübarizə xüsusilə kəskinləşmişdi. Belə ki, şimaldan Qızıl Orda, şərqdən Teymurləng, cənubdan cəlairi orduları tarixi mənbələrdə «Hülakü ulusu» adlı ilə xatırlanan Qafqaza can atırdılar.


Ardı →

Teymurilər imperiyası

Əmir Teymur 1336-cı ildə Türküstanın Kiş şəhərinin Yaşılşəhər qəsəbəsində anadan olmuşdu. Çağatayların türkləşmiş Barlas tayfasının Gürgan qolundan idi (Gürgan gözəl deməkdir). Teymur 20 yaşında Səmərqənd və Bəlx hakimi Əmir Qazanın yanına hərbi işi öyrənməyə gəlir. O, hərbi yürüşlərdə Əmir Qazanın etimadını qazanır. 1356-cı ildə Xorasana hərbi yürüş zamanı Teymur düşmənin məğlub edilməsində fərqlənir, qiymətli hədiyyələrlə mükafatlanır. Əmir Qazan öləndən sonra hakimiyyətə oğlu Hüseyn gəlir və o, düşmənlərinə qarşı Teymurla ittifaqa girir. Teymur onun bacısı ilə evlənir. Teymur eyni zamanda Çağatay hakimi Toğluq Teymurun yanında xidmətə girir və Qaşqadərya vadisini idarə edir. Teymur və Toğluq Teymur arasında ziddiyyət başlayır. Teymur onun yanından qaçır, Sistanda baş verən döyüşdə yaralanaraq, ömürlük şikəst qalır. Bundan sonra onu Teymurləng, Avropada isə Tamerlan adlandırdılar.
Davamı →

Böyük monqol imperatorluğu

XII əsrdə monqollarda qəbilə quruluşu  dağıldı və ordular yarandı. Ordu rəisləri bahadırlar idi. Dövlətin əsasını Temuçin adlı bahadır qoymuşdur. 1206-cı ildə Onon çayı sahilində keçirilən qurultayda Temuçin xaqan oldu və Çingiz xan adlandırıldı. O, 1207-1211-ci illərdə Sibiri və Türküstanı, 1215-ci ildə Şimali Çini işğal etdi. Çingiz xan 1219-1220-ci illərdə isə Buxara, Səmərqənd, Üzgənc və Otrarı tutdu.
1227-ci ildə Çingiz xan öldü və böyük xaqan Ugedey oldu. Monqolustan Çingiz xanın 4 oğlu: Ugedey, Cağatay, Cuci, Tuli arasında bölüşdürüldü.
1235-ci ildə nəvəsi Batı xan Avropanın cənub-şərqinə yürüş etdi. O, Xəzər və Azovdan başlayaraq Rusiyanı cənub-şərq çöllərinədək işğal etdi və 1237-ci ildə Ryazanı, 1238-ci ildə Vladimir şəhərlərini ələ keçirdi. 1240-ci ildə Kiyev və Volın şəhərlərini də tutdu.1251-ci ildə Batı xanın köməyi ilə Münke xaqan oldu. Artıq orduda üsyanlar baş verməyə başladı.
XII əsrin axırlarında Xübilay xaqanın dövründə isə Çinin cənubu da işğal edildi. Paytaxt Qaraqorumdan Pekinə köçürüldü. XIV əsrdə üsyanlar və çəkişmələr nəticəsində imperiya dağıldı və yerində müstəqil dövlətlər yarandı.
Monqol dövləti 1220-ci ildə Azərbaycana I yürüşünü etdi və Zəncanı, Ərdəbili, Sərabı, Şamaxını tutdu. Onlar Təbrizdən üç dəfə xərac aldılar, sonra isə Marağanı talan etdilər. Volqaboyunda bulqarlara məğlub olduqdan sonra Monqolustana qayıtdılar.
1225-ci ildə Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddin Azərbaycana yürüş etdi və Eldənizlər dövləti süqut etdi.1231-ci ildə monqollar Azərbaycana ikinci dəfə yürüş etdilər və Cəlaləddinin ağalığına son qoydular. Onlar Marağını, Gəncəni, Şəmkiri, Tovuzu və Bakını tutdular.


Ardı →