Uilyam Şekspir

23 aprel dünya ədəbiyyatı tarixinin ən sevindirici, eyni zamanda, həm də kədərli günlərindən biridir. 1564-cü ildə həmin gün Uilyam Şekspir (onun xaç suyuna çəkilməsi günü kimi doğumundan üç gün sonranı qəbul etsəz, bu tarixlə də razılaşsaz) və elə həmin gün, amma 52 il sonra da dünyasını dəyişib. Migel de Servantes — məşhur “Don Kixot”un müəllifi də 1616-cı ilin 23 aprelində dünyadan köçüb, amma o özü etiraf edirdi ki, birincilik uğrunda yarışda palma budağı seçimi qarşısında qalsaydı, mükafat bütün dövrlərin və xalqların insanlarının dahi kimi qəbul etdiyi Şekspirin payına düşərdi.

Şeksprin doğulduğu ailəyə tanınmış demək olmazdı. Atası Con əlcək istehsalı işində irəli getmiş usta olsa da, dəfələrlə qanunla konflikt yaşamışdı. Onu birbaşa evinin qabağında gübrə tayası yığıdığı üçün cərimə etmişdilər. Qara bazarda yun alveri etdiyi üçün izləyirdilər.
Davamı →

Həyatı hiss edin,onu yaşayın!

Özümü həmişə xoşbəxt hiss edirəm. Niyə bilirsinizmi?
Çünki kimsədən bir şey ummuram. Gözləntilər daim yaralayır.
Həyat qısadır. Elə isə həyatınızı sevin.
Xoşbəxt olun və gülümsəməyə davam edin. Yalnız özünüz üçün yaşayın və
Ardı →

Vilyam Şekspir

Şekspir (William Shakespeare,rusca Уильям Шекспир) Stratford şəhərciyində anadan olub. Onun dəqiq doğum tarixi məlum deyil. Amma Müqəddəs Üçlük kilsəsində 26 aprel 1564-cü ildə xaç suyuna çəkilməsi barədə yazı var. Onun atası Con Şekspir kifayət qədər imkanlı sənətkarlardan olub. Əlcəkçi və sələmçi olaraq bir qədər var-dövlət toplamışdı. Arabir ictimai vəzifələrə də seçilirdi. Hətta bir dəfə şəhərin meri vəzifəsinə də layiq görülmüşdü. Kilsəyə gedib moizələrə qulaq asmadığına görə böyük məbləğdə cərimələr ödəyirdi. Anası Mariya Arden qədim ingilis famillərinə məxsus idi və uğurlu tacirin qızı idi. 
Məktəb illəri barədə də məlumat yoxdur. Hesab edilir ki, Şekspir Stretfordun «qrammatika məktəbində» təzsil almışdı. Dəqiq məlumdur ki, Şekspir evlənəndə 18 yaşı vardı. Çox guman ki, nişanlısı Enn Xezevey artıq hamiləydi. Bu qız ondan 8 yaş böyük idi. Tezliklə onların Süzanna adlı qızı və daha sonra əkizlər – Xemnet adlı oğlu və Cudit adlı qızı doğulur. Oğlu Xemnet körpəykən vəfat eləyir.
Davamı →