Mən abort tərəfdarıyam

Başdan söyləyəcəm. Mən abort tərəfdarıyam. Hətta artığını söyləyəcəm. Məncə, bətnindəki cənini (yəni hələ insan sayılmayan o canlını) xaric etmək (əslində isə öldürmək) qadının haqqıdır.

Əslində ciddi problem ilə qarşı-qarşıya qalmışam. Heç kəsin, hətta istənməyən hamiləliyin sonlanmasını, kiminsə zərər görməsini istəmirəm. Amma… Amma qarşımızda bir qadın var. Təsadüfən və ya bəlkə də istəyərək qarnındakından qurtulmaq istəyir. Nə edərsiniz?
Davamı →

Un və şəkərdən uzaq durun

Hazırda xərçəng bütün dünyada ən bəlalı xəstəliklərdən birinə çevrilib. Xüsusən də un və şəkərdən çox istifadənin bu xəstəliyə daha çox rəvac verdiyi bildirilir. Bəs artıq çəkisi olanlarda, şəkərli qidalardan çox istifadə edənlərdə xərçəng xəstəliyi niyə daha çox görülür? 

Artıq çəkisi olan insanlarda xərçəng xəstəliyi daha çox görülür. Bu, bir faktdır.

Şəkərli, unlu məmulatları və düyü çox yeyən insanlarda da xərçəng xəstəliyinə daha çox rastlanır. Ət istifadəsi ilə də xərçəng xəstəliyinin əlaqəsi mövcuddur. Bunlar faktdırlar. İsbat edilib artıq.
Davamı →

Əllər və barmaqlar haqqımızda nə deyir?

Barmaqlarınız sizin haqqınızda hər şeyi danışa bilər. Gizlətmək mənasızdır. Elm "əl falına" da baxa bilir. Elm maraqlı bir məşğuliyyət, anlayış və çıraqdır. Deyilənə görə, müasir insan Homo Sapiens-in tarixi ən az 20 min ildir. Bunun ən az 20 000 ilini insanlar müxtəlif rituallar, mədəniyyət obrazları və inancın formalaşması üçün sərf ediblər.

Başqa iş-gücləri mi yox idi görəsən?
Əksinə. Aclıq çəkməmək üçün təsərrüfata başladılar, heyvanları əhliləşdirdilər; təbiətlə danışmağı öyrəndilər — bir sözlə. Bu fəaliyyət sırasında da təbiəti izah etməyə güclü ehtiyac yarandı.
Onlar da izah etdilər. Çörək müqəddəsdir. İnsan öləndə ruhu aramızda gəzir. İldirımı hirslənmiş saqqallı kişi öz əsasından çıxarır və s. İnsanlar mədəni cəhətdən formalaşdıqca (inkişaf etdikcə demirəm) daha cəsarətli və bacarıqlı oldular. Tutub piramida tikəcək səviyəyə gəldilər.
Davamı →

Düşüncəmizi, ətrafı qavrama və davranışımızı dəyişən infeksiyalar

İnsanlar çox fərqlidirlər. Hərənin öz genetik kodu, qidalanma alışqanlığı, keçmişi və....öz parazitləri vardır. Bunların hamısına eyni diqqəti göstərmirik. Məsələn, genetikanın insana təsiri haqqında internetdə youtube-u tapmağa qadir olan hər kəs nə isə bilir. Amma parazitlərin və mikrobların insana nə təsiri olduğunu çox adam bilmir.

Mən də bilmirdim.
Amma özü-özünə suallar soruşan, anlamaqda, dərk etməkdə dürüst və ədalətli davranan hər kəs əvvəl-axır cavabı da alır.

Çoxunuz Misir ehramlarını görmüsünüz. Bundan 2 500 il əvvəl Misirdə Nil çayının sahilində böyük bir mədəniyyət olub. Məqbərələr və geri qalan mədəni miras o qədər möhtəşəmdir ki, bir çox insan Misirlə bağlı əşyaları evində gözünün qabağında saxlayır. O cümlədən pişik heykəllərini. Qədim misirlilər pişikləri çox seviblər. Bir növ sitayiş ediblər yəni. Bu fakt alimlərin diqqətindən yayınmayıb.
Davamı →