Lenin haqqında lətifələr

  • -Vladimir İliç, Sizin yanınıza kənddən nümayəndələr gəlib.
    — Nə gətiriblər?
    — Təzə balıq.
    — Neçə gün yol gəliblər?
    — İki həftə.
    — Balığın hamısını uşaqlara verin.

  • Tatar, yəhudi və çukça Leninin hansı millətdən olması barədə mübahisə edirlər.
    Yəhudi deyir:
    — Şübhə yoxdur ki, o, yəhudidir. “r” səsini deyə bilmir, əlini jiletinin cibinə qoyur. Bu, yəhudi ədasıdır.
    — Yox – deyir tatar — Lenin tatar idi, Kazanda oxuyub, Kazanda yaşayıb..
    Çukça:
    — Amma Lenin çukçadır.
    — Niyə?
    — Çox ağıllı idi…

Ardı →

Vladimir Lenin

«Nacins, mənəvi cəhətdən sarsaq, əbləh olan Lenin öz fəaliyyəti ilə dünyada ən varlı ölkələrdən birini yerlə-yeksan elədi, bir neçə milyon insanı qırdı. İndi dünya o qədər havalanıb ki, onun dahi, yoxsa İblis olması barədə mübahisələr də eləyir. Qanlı taxtına dırmaşanda artıq o, 4 əlli dayanmışdı. İngilis fotoqrafları onun şəklini çəkmək istəyəndə o, dilini çıxarıb hırıldayırdı. Təkcə Rusiyaya görə yox, bütün Avropaya görə narahat olursan. Axı, Allahın qəzəbi mütləq insanların başına düşəcək, bu, həmişə belə olub…».
Bunin

«Heç bir Asiya istilaçısı, nə Tamerlan(Teymurləng), nə Çingiz xan Lenin qədər şöhrətə layiq görülməyib. Onun məqsədi dünyanı xilas etmək, üsulu isə dünyanı partlatmaqdır. O hər şeyi, Allahı, çarları, ölkəni, əxlaqı, məhkəməni, borcu, maraqları, qanunları, əsrlərin ədətlərini, insan cəmiyyəti kimi strukturları — hamısını ayaq altına saldı. Nəhayət o özünü də məhv elədi».
U. Çörçill
Davamı →

Rusiyada inqilab

Rusiyada və Rusiyada sosial ziddiyyətlər daha çox kəskinləşmiş,siyasi böhran daha da dərinləşmişdi. 1915-1916-cı illərdə Rusiyada iki milyona yaxın adam tətil etmişdi. Tətil hərəkatına qarşı görülən tədbirlər heç bir fayda vermədi. IV Dövlət Dumasının sədri M.V.Rodziyankonun ifadəsi ilə vəziyyət «dərin faciə» qarşısında idi. Artıq 1917-ci ilin əvvəli üçün Rusiya demokratik inqilab astanasında dayanmışdı.
Rusiyada siyasi böhranın başlıca məsələsi olan hakimiyyət problemini əsasən üç siyasi cəbhənin: çar mütləqiyyətinin, liberal burjuaziyanın və demokratik qüvvələrin mübarizəsi həll edirdi. Mütləqiyyət cəbhəsinə dvoryan-mülkədarlar, ali məmurlar bürokratiyası, yüksək səviyyəli zabitlər daxil idi. Bu cəbhədən olanlar hakimiyyəti dəyişdirmək fikrində olmasalar da dərin böhran və tənəzzül vəziyyətindən çıxmaq üçün canfəşanlıqla yol axtarırdılar.


Ardı →