Beyinləri idarə edən şəxs

Volf Messinq bütün dünyada şüurlara təsir edən və onları istədiyi kimi idarə edə bilən bir insan kimi məşhurdur. Müharibə zamanı Messinq həbsxanaya düşür və əgər bu qeyri-adi qabiliyyətə sahib olmasaydı hər şey onun üçün pis nəticələnəcəkdi. Lakin o həbsxana gözətçilərinin birbaşa olaraq şüurlarına təsir edir və təlqinlə qapını onlara açdıraraq onları içəri salır. Qaldığı hücrənin qapısını isə arxadan bağlayaraq azad olur.

Volf Messinqə öz imkanlarını inkişaf etdirməyə kömək edən şəxs berlinli psixiatr Abel olub. Küçədən tapılan uşağın ürək döyüntüləri yox idi. Bu səbəbdən də onu morqa yerləşdirirlər. Uşaq burada 3 gün qaldıqdan sonra bir tibb tələbəsi meyiti yarmaq üçün hazırladıqda onda ürək döyüntülərini aşkar edir. Abel heyrətdən donub qalmışdı. O Messinqə izah edirdi ki, onun orqanizmi öz gücünü saxlayaraq katalepsiyaya düşür.

Və Volf bunu istədiyi an edə bilərdi. Beləliklə Messinqin “səhnə” fəaliyyəti başlayır. O sirklərdə “meyit” rolunu oynayırdı. O böyük kütlə qarşısında öz ölümünü, sonradan isə dirilməsini nümayiş etdirirdi. Zamanla o başa düşür ki, başqa insanların fikirlərini eşitməyi bacarır. O öz çıxışları ilə Avropa və Cənubi Amerikanı gəzmişdi.
Davamı →

Volf Messinq fenomeni

Ötən əsrin 40-cı illərində Odessanın Puşkin küçəsindəki filarmoniyanın böyük salonunda Odessa yəhudilərinə yaxşı tanış olan bir maqın konsertinə şəhərin az qala, yarısı tökülüşüb gəlmişdi. Konsertin ortasında pərdə bağlandı və mülki paltar geymiş şəxslər çıxışçını özləri ilə aeroport rayonuna apardılar. Həmin çıxışçı Polşa vətəndaşı, dəqiq desək, işğal olunmuş Polşadan qaçqın düşmüş Volf Messinq idi. Onu təyyarə ilə Moskvaya, aeroportdan da birbaşa şəhərkənarı malikanəyə apardılar. Bir qədər sonra onun saxlandığı otağın qapısı açıldı və Stalin otağa daxil oldu.
— Sən kimsən və buraya nə üçün gəlmisən?
— Mən Polşa yəhudisiyəm, faşistlərin əlindən qaçıb sizə pənah gətirmişəm.
Stalin üz-gözünü turşutdu. Onun öz müttəfiqi Hitler haqqında pis danışan adamlardan xoşu gəlmirdi. Özü də yəhudiləri bir o qədər də xoşlamırdı.
Davamı →

Volf Messinq

Özü qədər adı da müəmmalı səslənən bu adam 20-ci əsrin ən məşhur ekstrasenslərindən biridir. O, Messinqdir. Bir neçə gün əvvəl 110 yaşı tamam olan telepat, hipnozçu Volf Qriqoryeviç Messinq…
O, 1899-cu il sentyabr ayının 10-da o dövrlər Rusiya İmperiyasının tərkibində olan Varşavanın yaxınlığındakı Qura Kalvariya kəndində doğulub. Kasıb yəhudi ailəsində qeyri-adi yaddaşı və müşahidə qabiliyyəti ilə seçilən balaca Volfun qarşısında ieşibota – ruhani məktəbinə getmək tələbi qoyulur. Uşaq imtina eləyəndə ona “ilahi vəhy” gəlir. Günlərin birində, qaranlıq kənd yolunda qabağına ağ paltarlı, iri cüssəli, gur səsli biri peyda olur və əmr edir: “Sən Tanrının əmriylə ieşibota getməlisən”.
Davamı →