Vyetnam mədəniyyəti

Vyetnamlılar çox zəngin və unikal mədəniyyətə malik sülhsevər bir xalqdır. Vyetnamın əksər əhalisini vyetlər və 50-dən çox azsaylı xalqlar təşkil edir. Bunlar: txay, txo, nunq, mionq, tiyam, kxmer, xaray, edə və başqalarıdır.
Vyetnam haqqında əksər təsəvvürlər eramızdan əvvəl 2000-ci ilə təsadüf edir. Qədim əfsanəyə görə ölkənin hökmdarı əcdaha – imperator Lak Lonq dağlara gəzintiyə çıxaraq orada pəri quşu Aukoya rast gəlmiş, sevib ailə qurmuşlar. Əcdaha və pəri quşunun 100 uşağı dünyaya gəlmişdi. Onların yarısı əcdaha ata ilə düzənliyə, yarısı isə anası ilə dağlara getmişlər. Hər il harada olmağından asılı olmayaraq Aukonun əcdadları ruhlara sitayiş etmək üçün vətənlərinə dönürlər. Əfsanəyə görə vyetnamlılar bir anadan olan qardaşların əcdadlarıdır.
Arxeoloji qazıntılar bir daha göstərir ki, vyetnamlıların çox qədim tarixi vardır. XX əsrdə artıq bütün dünyada tanınmış Xoabin mədəniyyəti mezolit dövrünə, Bakşon mədəniyyəti neolit dövrünə aid edilmişdir.


Ardı →

Vyetnam

  • Turizm

Vyetnam Asiyanın cənub-şərqində Hindçin yarımadasında yerləşir. Şimaldan Çin, qərbdən Laos və Kamboca ilə həmsərhəddir, şərq və cənub sahillərini Cənub Çin dənizi yuyur. Vyetnam parlamentli respublikadır. Dövlət başçısı prezidentdir. Paytaxtı Hanoy şəhəridir. Ərazisi təxminən 331 min kvadrat kilometr, əhalisi 86 milyon nəfərdir. Alçaq və orta dağlıqlar ölkə ərazisinin 80%-ni təşkil edir. Ölkədə ovalıqlar çox azdır, əksəriyyəti də şumlanıb. Qəribə qayaları, çəltik sahələri, yaşıl yaylaları, möhtəşəm çimərlikləri və mavi dənizi ilə turistlər və fotoqraflar üçün əsl cənnətdir. Ölkənin ən hündür zirvəsi Fanşipandır (3143 m). Vyetnamın ərazisində böyük və gur sulu Mekonq və Honqxa çayları axır. Ən böyük etnik qrup vyetlərdir (85%-dən çox), bundan başqa ölkədə çinlilər, kxmerlər, taylar və b. da yaşayır. Rəsmi dil Vyetnam dilidir. Əhalinin 85%-i buddist, 8%-i xristianlardır. Pul vahidi Vyetnam donqudur (VND).


Ardı →