Xınalıq

Xınalıq kəndi Quba rayonu ərazisində yerləşir. Rayon mərkəzindən təxminən 60 kilometr uzaqda, dəniz səviyyəsindən 2100-2300 metr yüksəklikdə yerləşir. Son illərədək bu kəndə gedən yol o qədər də rahat deyildi. Buna görə də bu yurda gedib-gəlmək o qədər də asan olmurdu. Əlbəttə yol problemi vardı. Amma onu da deyək ki, bu yurdun rayon mərkəzindən uzaq olması, bu yerlərə gəliş-gedişin az olması Xınalığın öz orijinallığını, milli ənənələrini qoruyub saxlamasına müsbət təsir etmişdir. Xınalığa ilk avtomobil yolu 1968-1969-cu illərdə çəkilıb. 2006-ci il oktyabrin 7-də isə müasir Quba-İspik-Xınalıq avtomobil yolunun açlışı olmuşdur. İndi həmin yolla avtomobillər rahat gedib-gələ bilir.

Azərbaycan Prezidenti İlham Əliyev: “İndi Qubadan Xınalığa gəlmək adama ləzzət verir: gözəl mənzərə, gözəl dağlar, çaylar, bulaqlar, şəlalələr. Mən indi gələrkən bir neçə yerdə maşını saxlayaraq düşür, bu mənzərəyə tamaşa edirdim. Adam özünü çox yaxşi hiss edir. Mən bu gün özümü xüsusilə çox yaxşı hiss edirəm. Çünki mənim göstərişimlə bu yol çəkildi və bütün Xınalıq camaatına sevinc gətirdi”.
Davamı →