Xətib Təbrizi - elm üçün ölkələr dolaşan mütəfəkkir

Xətib TəbriziOrta əsrlərdə dərin düşüncə və zəka sahibi kimi tanınan mütəfəkkirlərimiz sırasında şair, tanınmış ədəbiyyatşünas, dilçi alim Xətib Təbrizinin xüsusi yeri var. 

Xətib Təbrizi (Əbu Zəkəriyyə Yəhya ibn Əli) 1030-cu ildə Təbriz şəhərində dünyaya göz açıb, uşaqlıq illəri burada keçib. Gənclik dövrü ilə bağlı qaynaqlarda səhih məlumat az olsa da, onun erkən yaşından elmə maraq göstərdiyi, daha çox poetika ilə maraqlandığı qeyd olunur. O, elmi kitabları mütaliə edir və adı alimlər məclisində çəkilir. Təbrizin görkəmli elm adamları onun haqqında yüksək fikirlər söyləyir, Suriyanın Şam (Dəməşq) şəhərinə gedərək orada məşhur dilçi alim Əbül-Əla Məərri ilə görüşməsi tövsiyə olunur.

Beləliklə, Məərri ilə görüşmək üçün yola çıxan Xətib Təbrizi piyada gəlib Şama yetişir. Onun elmə həvəsi və qeyri-adi iradəsi şəhərdə dildən-dilə düşür, ərəb salnaməçilərinin diqqətini çəkir və gənc nəslə örnək hərəkət kimi kitablara salınır. Şamda Əbül-Əla Məərri ilə görüşən X.Təbrizi bu görkəmli ərəb alimini yüksək qiymətləndirərək yazıb: “Ərəblərin dilində Əbül-Əlaya məlum olmayan bircə söz də yoxdur”.
Davamı →