Tükənmişlik ədəbiyyatı

1967-ci ildə avanqardizmlə bağlı qarışıq hisslərimi bu essedə qaydasına saldım. Bu esse ilk dəfə “Virciniya Universiteti”ndə “Peter Ruşton Seminarları”ndakı mühazirədə oxunub, sonradan “Atlantik” jurnalında çap edilib. Onu dəfələrlə çap ediblər, “Romanın ölümü” və ya “Ədəbiyyatın qu quşu nəğməsi” kimi dəfələrlə səhv başa düşüblər. Yox, belə deyil. Onu yenidən oxuyarkən daxilindən göz yaşardıcı qazın iyini duyuram. Sətirlər arasında nümayişlərin dağıdılmasının əks-sədasını eşidirəm. Bu essedə indi məni çox narazı salan şarlatanlıq və fırıldaqçılıqla bağlı qalın qeydlər var. Amma arqumentlərimin arxasında indi də dayanıram: sənətkarlıq yaxşı şeydir, sənətkarların dünya və öz sənətləri haqqında hiss etdikləri o qədər də vacib deyil. Vacib olan onların bu hisslərlə nə etdikləridir.

Davamı →

Həyat – Allahın gördüyü yuxudur

Bir çox mükafatların sahibi, şair, yazıçı, publisist və filosof Xorxe Luis Borxes həyatının ikinci yarısında dünya işığından məhrum olsa da, bu görmə qüsuru ona dünyanı və insan ruhunu anlamağa mane olmayıb.

Hər kəs cənnəti özü üçün başqa cür təsəvvür edir, mən isə uşaqlıqdan cənnəti kitabxana kimi xəyal edirdim.

Bir-biri ilə sağollaşmaq – ayrılığı qəbul etməmək və bu fikri düşünməkdir: bu gün biz sadəcə ayrılıq rolunu ifa edirik, sabah isə yenidən görüşəcəyik.

Mənim sənə məsləhətim: insanlar nə deyər və artıq səni istəməyən qadın üçün çıxmaz küçəyə girmə.

Həqiqət bundadır ki, yaxın və həqiqətən sevdiyimiz insanlardan başqa heç kəs bizi incidə bilməz.

Davamı →

Kral qatili odunçu | Xorxe Luis Borxes

Mən odunçuyam.
Adımı bilməsəniz də olar.
Doğulduğum və tezliklə öləcəyim koma meşənin kənarında yerləşir. Meşə, deyilənə görə, dənizəcən uzanır və bu dəniz bütün qurunu əhatə edir və onun sularında mənim komama bənzər neçə-neçə ağac koma üzür. Deyilən yalandır, ya doğrudur, bilmirəm, çünki hər halda bunu görmək özümə də qismət olmayıb; meşənin o biri üzünü də görə bilməmişəm.
Uşaq olarkən böyük qardaşım mənə and içdirib ki, onunla birgə bu meşəni sonuncu ağacınadək qırıb çatacağıq.
Qardaşım artıq ölüb, mənimsə ağlımda başqa bir şey var: bir şeyi axtarıram və onu tapmayınca yorulmaq bilməyəcəm.
Ardı →