Böyük Azərbaycan yazıçısı Yusif Səmədoğlu

Hardan başlayım?
Son kitabındakı şəklindən...
Yusif Səmədoğlunun əksi olan bir çox fotolar görmüşəm.
Amma son kitabındakı fotosu Yusifin körpəliyini də, uşaqlığını da, gəncliyini də ahıllığını da özündə əks etdirir. Yusifin bütün dünyası — həm daxili, həm də zahiri gözəlliyi, müdrikliyi və alicənablığı, bəy ləyərəli — Vəkilovlardan gələn ləyaqəti, böyük ziyalılığı, məhz Yusif Səmədoğluya məxsus təbəssümü həmin fotoda əks olunub.

Davamı →

Soyuq daş | Yusif Səmədoğlu

Cığırın qırağındakı, üstünə işıq düşəndə gümüşdən tökülmüş kimi görünən bu hamar daş, vaxtilə dağların başından axıb çağlaya-çağlaya bu yerlərdən keçən böyük bir çaydan yadigar qalmışdı.

Havalar yaxşı keçəndə, yağış, duman olmayanda, oğlan hər gecə meşəyə gəlir, bu daşın üstündə oturub papiros yandırır, düşünür, meşənin hənirtisinə qulaq asır.

Ona elə gəlir ki, göydən otların, yarpaqların üstünə görünməz damlalar düşür, palçalanıb cingildəyir.
Bu cingilti ona yuxuda eşitdiyi musiqini andırır. O, həmişə yuxuda musiqi eşidir və qəribə-qəribə rənglər görür. Səhərlər bu musiqini, rəngləri yadına salmaq istəyir, lakin heç bir şey xatırlaya bilməyib əzab çəkir...

Qız xırda və səssiz addımlarla ağacların arasından çıxıb oğlana yanaşanda o, yerindən qalxır, salam vermədən, dinməz-söyləməz pencəyini çıxarıb qızın çiyninə salır. Qız həmişə bilə-bilə nazik paltarda gəlir ki, oğlanın pencəyinə bürünsün.
Davamı →