Kompüterin sinir sisteminə etdiyi mənfi təsirlər

Gecə kompüter qarşısında oturmaq ziyandır. Bələki gecə saatlarında İnternetdə söhbətləşən insanların yeni informasiyalar qəbul etməsi, yadda saxlaması çətin olur.  

Yuxudan əvvəl kompyuter qarşısında çox vaxt keçirən insanlarda stres hallarına daha çox rast gəlinir.

Elektron yazışma daha fəal işdir. Hər cümlə haqqında düşünmək və klaviaturada beynindən keçənləri yazmaq beyini dincəlməyə, yuxuya hazırlaşmağa qoymur. Bu, sonda əsəb sistemində pozulmalara aparıb çıxarır, — deyə tədqiqatçılar bildirir.

Sorğu göstərib ki, gecə yuxusundan əvvəl bu işlə məşğul olanların 70%-dən çoxu ya yuxuya gec gedir, ya da yuxuya getdikdən sonra rahat yata bilmir, tez-tez oyanır, yaxud səhərədək o tərəf-bu tərəfə çönür. 

Araşdırma televizora baxmağın zərərinin bu qədər olmadığını göstərib.

 


Davamı →

Az yatmağın zərərləri

Kilo problemi, ümumiyyətlə çox yeməyə və az hərəkət etməyə bağlı olsa da, az yatmağn köklük yaradan gizli bir düşmən olduğu müəyyən olundu.

Son 40 ildə edilən araşdırmalar, indiki vaxtda yuxu müddətinin doqquz saatdan yeddi saata düşdüyünü və insanların daha az yatıb daha çox kilo aldıqlarını göstərir. Mütəxəssislər, az yatmanın insan sağlamlığı üzərində bir çox mənfi təsiri olduğunu və kilo probleminin də bu mənfiliklərdən biri olduğunu ifadə edir.

Necə bir əlaqə var?
Televiziya və kompüter qarşısında keçirilən zamanın gec saatlara qədər davam etməsi gecə bir şeylər yeməyinizə səbəb olur.
Gecə gec alınan qidaları bədən tərəfindən enerji olaraq xərclənə bilmədiyindən yığılaraq kiloya çevrilir. Yuxu pozuqluğunun hormonlarla arasındakı əlaqə isə belədir: Leptin və Ghrelin iştah üzərində təsirli olan iki hormondur. Leptin bədəndə enerji çox olduğu zaman iştahı kəsərək yeməyi dayandırmağımızı təmin edər. Ghrelin isə mədə tərəfindən mədə boş olduğunda aclıq hissini ortaya çıxardar. Mədə boş olduğu zaman Ghrelin səviyyələri artar və Leptin düşərək bizim yemək yemə istəyimizi qalib gələr.

Sinirlərə də təsir edir
Yuxusuzluğun sinirlər üzərində də mənfi təsirləri var, yuxusuzluq sinirləri xəbərdar edərək rahatlamasını maneə törətdiyini, karbonhidrat və şəkərli yeməklərə meylin daha çox artdığını və kortizol deyilən stress hormonunun da yuxusuzluq müddəti tərəfindən artaraq yağlanılmağa səbəb olduğunu bilirik.

Bu səbəblə yuxunun son dərəcə əhəmiyyətli olduğunu unutmamaq və mütləq kafi müddətlərdə yatmaq lazımdır.


Davamı →

Yuxugətiricilər yuxu əleyhinə təsirsizdir

Daily Mail-in verdiyi məlumata əsasən yuxugətiricilər yuxu ilə mübarizədə çoxdan effektsizlikləri ilə bilinir.Britaniya alimlərinin apardığı tədqiqat nəticəsində məlum olmuşdur ki,istifadə edənlərin 42% dərmanlardan gözlənilən nəticə ala bilməmişlər.Qısamüddətli yuxusuzluq problemlərində onlardan təsirlənmək mümkündür.


Ardı →

Yuxu.

Doyunca yatmamaq zehni fəaliyyətə eynilə tam yuxusuzluq kimi zərbə vurur.Filadelfiya Tibb İnistutunda aparılmış elmi tədqiqatın nəticələri bunu göstərir.Alimlər fərqli qruplara bölünmüş sınaq iştitakçılarının yaddaş və reaksiya çevikliyini həftə boyu müşahidə ediblər.Bir qisim iştirakçı gündə 4,6 və 8 saat yatıb,qalanları isə üç sutka gözlərini yummayıblar.Sonra isə göstəriciləri müqayisə ediblər.Alimlər aşkar ediblər ki,hər gün 6 saat və daha az gecə yuxusu yatanlar reaksiya və yaddaş testlərinə tamam yatmayanlar kimi pis cavab veriblər. Müəllif Cahandar
Davamı →

Yuxu pozğunluğu ömrü 7 il qisaldır

Alimlər yuxusuzluqla artıq yatmağın insana eyni dərəcədə zərər verdiyini müəyyənləşdiriblər.
İnsan yuxusuzluqdan əziyyət çəkirsə, yaxud lazım olandan artıq yatırsa, onun xarici görünüşünün korlanması ilə yanaşı, beyni də qocalır. 
Mütəmadi olaraq yuxu pozğunluğundan əziyyət çəkən insanların beyni düz 7 il tez qocalır.
Tədqiqatlar göstərib ki, qadınların 25, kişilərin isə 18%-i yuxu pozğunluğu üzündən zehni çatışmazlıqla üzləşir.
Davamı →

Yuxusuzluqla necə mübarizə etməli?

Yuxusuzluq — yuxunun qeyri-üzvi mənşəli pozğunluğu olub, bir çox xəstəliklərdən əziyyət çəkən pasiyentlərin tez-tez üzləşdiyi şikayətləridir. Yaş artdıqca bu şikayətlərin dərəcəsi də artır və daha çox ailə vəziyyətində problemlər olan qadınlar arasında müşahidə olunur. Bəzi hallarda isə yuxu pozğunluğu bir sıra psixi və ya somatik xəstəliklərin simptomlarından biri olur. Tam yuxusuzluq olmur, yuxunun müxtəlif şəkildə pozulması olur. Ona görə də yuxu pozğunluğunun müalicəsində dərman preparatları kifayət etmir, psixoterapevtik kömək də lazım gəlir. Yuxu pozğunluğu zamanı yuxunun tam olmaması baş vermir, yalnız keyfiyyətsiz yuxu olur.


Ardı →

Yuxu pozğunluğu

Alimlər müəyyən etmişlər ki, yuxunun kifayət qədər olmaması insanların ömrünə təsir edir. Normadan az yatanlar daha çoxdur. Doğrudur, belə insanların intellekti daha yüksək olur. Lakin intellekt yüksək olsa belə 5-6 saat gündəlik yuxu yaşlı insan üçün kifayət etmir. Adətən yaz-yay günlərində sutkanın çox hissəsi işıqlı olduğu halda insan daha az yatır, qışda isə əksinə, yuxunun müddəti artır.
Yuxu pozğunluğunu somnologiya elmi öyrənir. Somnoloqların fikrincə, yer kürəsi əhalisinin 8-18%-i müxtəlif cür yuxu pozğunluğundan əziyyət çəkirlər. İri şəhərlərdə əhalinin 40%-i bu problemlə üzləşir.


Ardı →

Yuxu haqqında

Yuxu insan həyatında ən önəmli sakitləşdirici təsiri olan yorğunluqdan ruhu xilas edən real həyatdan müvəqqəti ayrılıqdır. 8 və ya 10 saatlıq yuxu insanı enerji dolu olacağına zəmanət verməz. İnsan az yataraq da daha çox işlər görə bilər, daha uğurlu nəticələr göstərə bilər. Fakt olaraq qeyd edək ki, alimlər, elm xadimləri gündə yalnız 4 saat yatırlar və bunu qarşılığında uğurlu fəaliyyət göstərirlər. Daha çox yatmaq daha çox yorğunluğu hiss etməkdir. Az yatmaq nəyisə etməyinə şans yaradır.
İnsan ən çox yuxusuz 18 gün, 21 saat, 40 dəqiqə ayaqda dura bilir.
Davamı →

27. Yuxusuzluq səbəbindən törənmiş narahatçılıqdan necə azad olmalı

Yuxunuz yetərincə olmadıqda narahat olursunuzmu? Onda sizin üçün həyatı boyu bir dəfə də olsa, rahat yata bilməyən dünya miqyasında ən məşhur hüquqşünas Semyuel Untermeyer barədə bilməyiniz maraqlı olacaqdır.
Sem Untermeyerin kollecə daxil olduğu ərəfədə onu iki nasazlıq narahat edirdi: astma və yuxusuzluq onu üzürdü. Görünür, bu vaxtadək xəstəliklərini müalicə edə bilməmişdi. Ona görə də qərara gəlmişdi ki, bu halından məqsədyönlü istifadə etsin, yəni öz yuxusuzluğundan faydalı istifadə etməyə çalışsın. Bütün gecəni ayıq qalıb yataqda çevrilərək əsəb sarsıntısı keçirməkdənsə, o, qalxaraq məşğul olmağı üstün tutmuşdu. Bəs nəticə?
Nəticədə onun biliyi bütün fənlər üzrə parlamağa başlamış və onu Nyu-Yorkda kollecin işıqlı ulduzlarından biri kimi tanıtmışdı.
Davamı →

Az yatmaq piylənməyə səbəb olur

Bəşəriyyət işləmək, televizora baxmaq və yaxud internetdə oynamaq naminə gecə yuxusundan oğurlayaraq, getdikcə daha az yatır. Cəmiyyətimiz yuxuludur və yatmaq arzusu getdikcə fövqəladə vəziyyətə çevrilir. Ekspertlərin fikrincə, yuxusuzluq gizli epidemiya miqyası alır.

Halbuki, yuxu mütləq zərurətdir və az yatmağın nəticələri sağlamlığa təsir göstərərək xərçəng, ürək-damar patologiyaları, şəkərli diabet və hipertoniyadan tutmuş müxtəlif xəstəliklərə səbəb olur. Son tədqiqatların nəticələrindən belə məlum olur ki, artıq çəki problemi də yuxusuzluqla bağlıdır.


Ardı →