Jeff Bezos I Daha da ağıllı olmaq üçün tez-tez səhvlər etmək lazımdır

Amazon”nun qurucusu Jeff Bezos dövrün ən uğurlu şirkətlərindən birinin rəhbəri və 104,4 mlrd. dollarlıq sərvətin sahibdir. Özü də dünyanın ən ağıllı adamlarından biri hesab olunan bu biznesmen həm də ətrafına digər ağıllı insanları toplamaq bacarığına malikdir. Onlar Bezosun baxışlarının reallığa çevrilməsində ona yardımçı olurlar.
Bəs onları necə təyin edir? O, bir neçə il bundan qabaq Basecamp şirkətinin təsisçisi Ceyson Fridlə söbətində bu suala cavab verib. Bunu şirkətin qurucusu özü  Basecamp bloqunda bildirib. Və cavab, insanların əksəriyyətinin gözlədiyinin tam əksinə olub.

Davamı →

Ağıllı insanlar hansı səhvlərə yol verirlər?

Adətən yalnız ağıllı insanlar fəlakətli səhvlərə yol verirlər”, – Charles Morris maliyyə böhranı haqqında deyib.
Bu ifadə bir az şişirdilmiş ola bilər, çünki onun “İki trilyon dollarlıq çöküş” adlı kitabının adı sonradan “Bir trilyonluq çöküş” adına dəyişdirilmişdir.
Əslində, hər birimiz ciddi səhvlərə yol verə bilər. Lakin ağıllı insanlar yüksəkliklərə qalxdıqları üçün, onların etdiyi səhvlər adətən baha başa gəlir. Bununla yanaşı, yüksək IQ təkəbbür yaradır, bu da vəziyyəti ağırlaşdırır. Həyatın digər sahələrində olduğu kimi, biznesdə də nəticələr fəlakətli ola bilər.

Davamı →

Dünyanın yaşayan ən zəkalı insanları

36 yaşlı Judis Polqar (İQ-170)
Atası onu və bacılarını hələ uşaq ikən gələcəkdə istisna nailiyyətlər qazanmaq üçün eksperimental bir təhsil üsuluna yönləndirib. 15 yaşlı Polqar ən gənc şahmat çempionu olaraq bir ayda Bobi Fişerin rekordunu qırıb.

59 yaşlı Andreu Uiles (İQ- 170)
1995-ci ildə ingilis riyaziyyatçısı Fermatın «Son teoremi» adı verilən 358 illik teorimini sübutlayıb. Bu teorem dünyanın ən çətin riyaziyyat teoremi hesab olunurdu. Riyaziyyat sahəsindəki fəaliyyətlərinə görə «Sir» ləqəbini alıb və 15 mükafatın sahibidir.

Davamı →