Aşıq sənəti

  • Musiqi
Aşıq sənəti şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biridir. Ta qədim zamanlardan aşıqlar elin ən hörmətli ağsaqqalı, məsləhətçisi, dostu sayılmışlar. Onlar həmişə el içində yaşamış, öz dövrlətinin, mühitlərinin bilikli, məlumatlı adamları, müdrik sənətkarları olmuşlar. Aşıq yaradıcılığında xalqımızın çoxəsrlik tarixi, xarici düşmənlərə qarşı mübarizəsi, əmək şəraiti, toy – düyünləri rəngarəng bədii boyalarla öz ifadəsini tapmışdır.

Aşıq sənəti sinkretik xarakter daşıyır. Burada musiqi, poeziya, təhkiyə, rəqs, pantomima, teatr sənəti elementləri üzvi şəkildə birləşmişdir. Yəni aşıq yaradıcı, ifaçı, pedaqoji əsasları özündə birləşdirir. Bu cəhətləri özündə cəmləşdirən və şagirdlər tərbiyə edən sənətkarlara “ustad aşıqlar” deyilir.
Davamı →

Aşıq Əhməd Rüstəmov

Aşıq Əhməd Rüstəmov — Azərbaycan aşığı

Həyat və yaradıcılığı
Aşıq Əhməd Rüstəmov 1920-cü ildə Kürdəmir rayonunun Carlı kəndinda doğulub.
Daha balaca uşaqkən anasından bir sıra şerlər öyrənmişdir, öz dili ilə desək anamda elə bir hafizə var idi ki, Ərəbxana kəndindən Aşıq Zeynalabdinin bizim kənddə keçirdiyi toy məclislərində çalıb-oxuyanda dediyi sözləri, oxuduğu havaları dərhal əzbərləyirdi. «Seydi və Kərəm» dastanını da mən anamdan öyənmişəm. 1930-cu ildə ibtidai məktəbə qəbul edilib. 1936-cı ildən başlayaraq taxtadan bir saz qondarıb, qonumqonşuda, bayramda, çilə çıxaran qızların məclisində çalıb oxuyarmış. Aşıq öz ömür yolu haqqında bunları da bildirir: «1941-ci ildə müharibəyə getdim, 1942-ci il noyabr ayında xəsarət alıb, arxa cəbhəyə qaytarıldım.


Ardı →