Abdominoplastika

Sağlam qidalanma və idman bədən quruluşunu yaxşılaşdırır, amma möcüzə yaratmır. Zahiri görünüşdəki çatışmazlıqları bəzən, yalnız cərrah aradan qaldıra bilir. Sallaq, möhkəmliyini itirmiş qarın məhz belə problemlərdəndir. Bu zaman vücudunuzun gözəlliyini qaytarmaqda yeganə köməkçiniz abdominoplastika – qarın gərmə əməliyyatıdır.

Abdominoplastika əməliyyatı nədir?
Qarın formasını müxtəlif səbəblərdən itirə bilər. Əksər hallarda qadınlar abdominoplastika haqqında hamiləlik və doğuşdan sonra düşünürlər. Birdən-birə çəkisini itirmiş adamlar da cərraha az müraciət etmirlər. Abdinoplastikaya müraciət edən pasiyentlərin müəyyən hissəsini yaşlı adamlar təşkil edir – illər keçdikcə əzələ və dəri öz möhkəmliyini itirir və bunu diyeta ilə bərpa etmək heç cür mümkün olmur.
Davamı →