Dünyanın 10 ən gizli məkanı

Bəzən hesab edirik ki, planetimiz tamamilə araşdırılıb və dünya xəritəsində artıq qara nöqtə yoxdur. Böyük Coğrafi kəşflər əsri artıq geridə qalıb, insanlar öz diqqətini kosmosa yönəldib, kainatın sirlərini öyrənmək istəyir. Lakin Yer kürəsində elə yerlər var ki, insan nəzərindən yüksək hasarlarla  gizlədilib. Belə yerlər haqqında ancaq qulaqdan-qulağa yayılan məlumatlarla öyrənmək olub. Sizlərə dünyanın ən gizli məkanını təqdim edirik.
1.    Hava dağı (Mount Weather) - Bu  məxfi obyekt Virciniya ştatında yerləşir. Bura fövqəladə hal zamanı Amerika hökumətinin  evakuasiyası üçün hazırlanan əsas yerlərdən biridir.

Ardı →

Avstraliya köçərilərinin mədəniyyəti

Avstraliya aborigenlərinin incəsənətini fəaliyyətin digər sahələrindən ayıran dürüst sərhəd mövcud deyil. Onların danışdığı dillərin heç birində «incəsənət» anlayışına müvafiq olan istilah yoxdur. Lakin təsviri sənət, rəsm çəkmək, ağac və daş üzərində oyma, habelə mahnı ifası, hekayə və nağıl söyləmə, ayin mərasimləri üçün müəyyən adlar mövcuddur.
Aborigen incəsənəti ayrılmaz surətdə totemizmlə, totemlərə sitayiş etmə ilə bağlıdır, bu xüsusilə mərasim rəqslərinin, pantomimanın, bədənin dərisi üzərində rəsm çəkmə və plastikanın sintezi olan korrobori kimi ənənəvi müqəddəs mərasimləri zamanı özünü parlaq surətdə büruzə verir. Bu halda aborigenlər bədənlərini qeyri-adi fantaziya ilə rəngləyirlər. Qəhvəyi, sarı və qırmızı boyalar üstünlük təşkil edir, hər biri xüsusi məna kəsb edən bəyaz nöqtə və cizgilər də az olmur. Daha güclü plastik təsirə nail olmaq üçün aborigenlər bəzən bədənlərinə yumşaq tüklü ağ və qırmızı quş lələkləri yapışdırır, bir yığın tutuquşu lələyindən saqqal düzəldir, qaz tükünü yumrulayıb iri kürələr düzəldərək boyunlarından asırlar.


Ardı →