Maraqlı aforizmlər

Tolerantlıq sözü mənim xoşuma gəlmir, lakin mən bundan yaxsı söz tanımıram(Mahatma Qandı)

Eger bir yerdə kiçik insanların kölgəsi böyüyürsə, demək o yerdə Günəş batır.

Haqqı hər zaman müdafiə et, anlayan olmasa belə vicdanına hesab verməkdən xilas olarsan. (Herbert Uels)

Hər bir gözəllikdə pislik axtaranlar korlanmış insanlardır,bu günahdır.Hər bir gözəllikdə onun yüksək mənasını görənlər mədəni insanlardır,əsil insan isə gözəllikdə elə gözəlliyi görməyi bacaranlardır. (Oskar Uayld)

Azadlıq ifrat dərəcəsinə çatdıqda özbaşınalığa çevrilir. (M.QANDİ)
Ardı →

İbrətli kəlamlar

*Nə qədər pisdir insanın təsəllini içkidə siqaretdə axtarması...Çoxmu çətindirəlini səmaya qaldırıb ALLAH`a yalvarması...


*Yalanla bataqlıq arasında heç bir fərq yoxdur. İkisi də dibə doğru çəkər !


*Şüşə qırıqları kimidir bəzən sözlər, Ağzına dollar insanın...Sussan; ağrıdar...Danışsan; qanadar...



Ardı →

Yəhudi ata sözləri

1. Hər şeyi eyni vaxtda istəyən, heç nəsiz qala bilər.
2. Etdiyin əməlin cəzasından yox, özündən qorx.
3. Danışmağı bacarmaq üçün susmağı öyrən.
4. Axmaq düşündüyü haqda danışır, aqil isə danışdığı haqda düşünür.
5. Axtaranlardan olma, tapanlardan ol.
Ardı →

Çar Solomonun müdrik fikirləri

1. Hətta axmaq da sakit duranda ağıllı görsənir.
çar solomon2. Ağıllılar bədbəxtliyi qabaqcadan anlayır və qorunur, təcrübəsizlər isə irəli gedir və cəzalanır.
3. Səbrli cəsarətlidən, özünü idarə etməyi bacaran isə bir şəhəri fəth edəndən daha dəyərlidir.
4. Mənim üçün üç şey əlçatmaz, 4 şey isə anlaşılmazdır — qartalın səmadakı yolu, ilanların qayalardakı yolu, gmilərin dənizdəki yolu və kişilərin qadınlara yolu.
5. Öz dostunu tərifləyən şəxs sanki onu tora salır.
6. Hər əməkdən gəlir var, amma boşboğazlıqdan isə yalnız zərər gələr.
7. Axmaqlar müdrikləri də məhv edir.
Davamı →

Frans Kafka aforizmləri

Bu aforizimləri Frans Kafka 1917-1920-ci illər ərzində yazıb. Təəssüf ki digər yazıları kimi bu aforizimlər də yarımçıq qalıb. Aforizimləri yazdığı dövr F. Kafka ömrünün ən ağır, çətin günləri hesab olunur. Çünki o vaxt F,Kafka təzəcə vərəm olduğunu öyrənmişdi, nişanlısından da ayrılmışdı. Eyni zamanda uzun illər işlədiyi Siqorta şirkətindən də xəstəliyi ilə əlaqədar olaraq icazə almışdı, valideyinləri onun evlənməyini istəmirdilər və onu məşhur yazıçı kimi qəbul etmirdilər. Kafkanın xususi bir diqqətlə aforizimləri yazmağı sübut edir ki, o bu yazıları cap etdirmək, yaymaq istəyib. Əgər Kafkanın oxuculara vəfalı, Kafkaya görə isə vəfasız dostu Brod olmasaydı, onun aforizimləri və əsərləri bu gün oxucuların ixtiyarında olmayacaqdı. Bu baxımdan Brodun “xəyanətini” alqışlamaq lazımdır. Çünki Kafka ölüm ayağında bu sözləri demişdi: “ Brod dünyada yazıçı olduğuma dair heç bir iz qalmasın”…
Ardı →

Aforizmlər və atalar sözləri - 2

21.Əvvəl öyrən, sonra düşün (Atalar sözü)
22.Öyrənməsən, öyrədə bilməzsən (Tomas Yuinq)
23.Həqiqi sevgi yaxşılıq görəndə artmayan, pislik görəndə azalmayandır (Atalar sözü)
24.Ən çətin iş ilk addımı atmaqdır (Markiz Dü Deffan)
25.Boş çuval dik durmaz (Benyamin Franklin)
Ardı →

Aforizmlər və atalar sözləri - 1

1.Düşünmədən öyrənmək faydasız, öyrənmədən düşünmək təhlükəlidir (Konfutsi)
2.Sizə nə edəcəyinizi deyə bilərlər, ancaq nə düşünəcəyinizi əsla (Sokrat)
3.Bir ailə ilə bir dövlət idarə etmək arasında elə böyük bir fərq yoxdur (Monten)
4.Başqalarının izi ilə gedən iz qoya bilməz (Con İ.Brannon)
5.Ya bir yol tap, ya bir yol aç, ya da yoldan çəkil (Atalar sözü)
Ardı →

Frans Kafkanın sözləri

Cəmi 41 il ömür sürmüş, ölümündən sonra bütün əsərlərini son nüsxəyəcən tapıb yandırmağı dostlarından xahiş etmiş, qeyri-adi düşüncə tərzi, bənzərsiz əsərləri, son dərəcə özünəməxsus yaradıcıhq mövqeyinə malik olan. dünya ədəbiyyatının korifeylərindən sayılan Avstriya yazıçısı Frans Kafka diqqətinizə təqdim olunan bu səhifədəki fikirlərin də müəllifidir.

  • Azadlıq ən yüksək duyğulara aid edildiyindən, azadlıq haqqında yalan da yüksək hesab olunur.
  • Biz özümüzdə olan işgüzar fərasəti və bic yumoru daha çox qiymətləndiririk.
  • İlk təəssürat keçicidir.

Ardı →