Ailəvi yeməyin əhəmiyyəti

Ailəvi yemək adi yığıncaq deyil. Bu, öz hisslərini ifadə etmək fürsətidir: mən sizi sevirəm, siz mənim üçün qiymətlisiz, mən sizinlə vaxt keçirtmək istəyirəm.
Dadlı yeməyi hamı sevir. Amma çoxdandır ki, əksəriyyət səhər, nahar və şam yeməyində süfrə başına yığışmaq ənənəsini unudub. Kimsə işdən gec çıxır, kiminsə teatr kursunda və ya idman zalında məşğələsi var var və s.
Davamı →

Gözəl ailəyə malik olmaq üçün

Evlilik — insanın ruhi ehtiyacını təmin edər və insan da bu ehtiyacın təmin olunmasına görə hüzur içində yaşayar.
«Onların yanında aramlıq tapasınız deyə sizin üçün (mələklərdən, cinlərdən və başqa məxluqlardan deyil) öz cinsinizdən zövcələr yaratmağı və sizin aranızda (ər-arvadın, yaxud insanların arasında) dostluq əlaqəsi, batini mehr-məhəbbət yaratması onun nişanələrindəndir, həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın tovhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır”. (»Rum” 21).
Davamı →

Ailә vә Vәtәn qarşısında mәnәvi borcumuz

Vətəndaş, ilk növbədə, ailədə formalaşır. Valideynlərimiz çalışırlar ki, bizi yüksək əxlaqlı, mənəvi keyfiyyətlərə yiyələnmiş şəxsiyyət kimi yetişdirsinlər. Bunun üçün biz düzgün davranış qaydalarına əməl etməli, savadlı olmalı, vətənin tarixini, coğrafiyasını, mədəniyyətini, milli adət-ənənələrini bilməli, vətəni sevməliyik. Eyni zamanda biz vicdanlı, mübariz və vətənsevər olmalıyıq.
“Vətənin haradır?” sualma cavab axtararkən dərhal doğulduğumuz məkan ağlımıza gələcək. Ancaq bizim hamımızın bir vətəni var — Azərbaycan. Bəli, bu bizim Azərbaycandır. Azərbaycan uğrunda babalarımız mübarizə aparmış, igidlərimiz qan tökmüşlər. Babalarımızın və igidlərimizin bizə əmanət etdiyi vətənimizi göz bəbəyi kimi qorumalı, daim onun inkişafına çalışmalıyıq. Bu hər bir azərbaycanlının mənəvi borcudur.
Vətən haqqında danışanda onu “Ana vətən” adlandırırıq.
Davamı →

Ailə qurmağa mane olan səbəblər

Ətrafda olan bütün yaşıdlarınız, sizdən kiçiklər, karyera, cazibə, bacarıq baxımından sizdən heç də öndə olmayanlar ailə həyatı qurub, sevdikləri ilə xoşbəxt ömür sürürlər?Bəs siz niyə tənhasınız? Çünki, beyninizdə aşağıdakı fikirlər hökm sürür.
«Valideynlərim kimi ailə həyatı qurmaq istəmirəm»
Deməli, hələ də öz uşaqlığınızın təsiri altındasınız. Evdə olan söz-söhbətlər sizi bezdirdiyi üçün evlilik təklifini rədd edirsiniz. Elə bilirsiniz ki, sizin də ailəniz öz valideynlərinizinki kimi olacaq. Digər tərəfdən isə azadlığınızı itirəcəyinizdən qorxursunuz. Əgər düzgün həmdəm seçsəniz, bütün bunlar baş verməz. 
Davamı →