Akasiyanın şəfaverici gücü

Gözəl gülləri ilə göz oxşayan, ətirli qoxusu ilə əhvalımızı yaxşılaşdıran bu ağac əsl şəfa mənbəyidir.

Akasiya bir çox ölkələrin rəsmi müalicəvi bitkilərinin siyahısına daxil edilib. Akasiyanın hər bir hissəsi (qabığı, gülləri, yarpaqları) müalicəvi təsirlərə malikdir. Çiçəklənən akasiyanın nektarı nadir qiymətli maddələrlə zəngindir, akasiya balı isə ən dadlı və faydalı bal növüdür.

Ağ akasiyanın güllərinin dəmləməsi varikoz zamanı çox təsirli müalicəvi vasitə sayılır. Tərkibində rutin maddəsi olduğuna görə akasiya dəmləməsi damarların divarlarını möhkəmləndirir, onların elastikliyini artırır.
Davamı →