Civzələrin yaranma səbəbi

Üz nahiyəsi də daxil olmaqla, praktiki olaraq, insanın bütün bədəni tüklərlə örtülmüşdür. Tük dərinin dərin qatında yerləşən tük soğanağı olan follikuldan inkişaf edir.
Tük follikulunun soğanağının yanında dəri piyi ifraz edən piy vəzisi yerləşir. Piy vəzisi dərini qurumaq və çatlamaqdan qorumaq üçün tük follikulu vasitəsi ilə dərinin səthinə piy xaric edir. Dəri nə qədər çox piy ifraz edirsə, onun səthində sızanaqların əmələ gəlməsi ehtimalı da o qədər artıq olur. Buna görə də, adətən, yağlı dərisi olan insanlarda sızanaqlar daha tez-tez təsadüf edilir. Dərisi quru olan insanlarda sızanaqlara, demək olar, rast gəlinmir. Qadınların üz, çənə, bel və sinə-döş nahiyəsində çoxlu sayda kiçik tükcüklər (tük follikulları) mövcuddur. Sızanaqlar da əksər hallarda məhz bu sahələrdə yaranır.

Davamı →

Akne

Akne yəni üzdə olan kiçik və çoxsaylı sızanaqlar hal-hazırda geniş yayılmış şikayətlər arasında ön yerlərdədir. Yaranma səbəbləri müxtəlifdir. Ən əsas səbəblərdən biri olan hormonal səbəbləri isə bunlardır.

Müxtəlif hormonal dəyişikiliklər, o cümlədən yeniyetməlik dövrünə xarakter olan təbii hormonal sıçrayış ola bilər. Müəyyən rolu həmçinin həm qadınlarda, həm də kişilərdə qandakı kişi cinsi hormonlarının artan miqdarına piy vəzilərinin genetik qeyri-adekvat reaksiyası da oynaya bilər.

Aknenin yaranmasından məsuliyyətli olan hormonlara testesteron, böyümə hormonu, İGF-1, prolaktin, DHEAS, esterogendir. Ancaq qeyd etmək lazımdır ki, hormonal problemlər nəticəsində yaranan sızanaqlar, yalnız bu şikayətlər olmur. Həmçinin, aybaşı pozğunluğu, artıq çəki, kişi tipli tüklənmə, saç tökülmə kimi şikayətlər də bununla yanaşı gedə bilər.

Davamı →