Ondin'in lənəti

Deməli, əsatirə görə, dəniz tanrısı Poseydonun qızı – Ondin bir oğlana aşiq olur. Oğlanla bir olmaq üçün öz ölümsüzlüyündən vaz keçirərək adi bir insana çevrilir. Onlar evlənirlər, lakin bir müddət sonra oğlan Ondinə xəyanət edir. Poseydon bundan xəbər tutur və qızının qırılmış qəlbinin qisasını almaq üçün oğlanı lənətləyir. Lənətə görə oğlan tənəfüsünü iradi olaraq alıb-verməli idi. Təbii ki, yuxuda heç birimiz necə nəfəs aldığımızı bilmirik. O oğlan da axırı dözməyərək yuxuya gedir, nəfəsi dayanıb ölür.
Ardı →