Antiperspirantlar

Sprey, diyircəkli, krem yoxsa… hansı antiperspirant daha yaxşıdır? Bəs siz təmizliyiniz və tər qoxusundan müdafiə üçün hansı formalı antiperspirantlara üstünlük verirsiniz? Biz sizin üçün bu dəfə müxtəlif formalı antiperspirantlar, onların müsbət və mənfi tərəflərini araşdırmışıq.

Sprey
Bu tip antiperspirantlar daha çox yayılıb və kişilər arasında geniş istifadə olunur. Tərkibindəki alüminium duzları, spirt dərini yumşaltmaq funksiyasını yerinə yetirir. Sprey antiperspirantı istifadə etməmişdən əvvəl 2-3 saniyə çalxalayın və bədəndən 15 sm uzaqlıqdan tətbiq edin.
Üstünlüyü: uzunömürlüdür, sərfəlidir və anından təsir göstərir. Ən gigiyenik antiperspirantdır.
Çatışmazlığı: çantaya atmaq üçün rahat deyil. Şüşədə qaz olduğundan onu isti yerdə saxlamaq olmaz.
Uyğundur: həssas dərili insanlar üçün uyğundur.

Stik formalı
Tərkibində alüminium duzları, bitki tərkibli sakitləşdirici, dezinfeksiyaedici maddələr var. Səmərəli olmasına görə, spreydən sonra ikinci yerdədir. Stiki dəriyə 2-3 dəfə yuxarı-aşağı olmaqla tətbiq etmək lazımdır. Paltarda iz buraxmasın deyə, bir az quruduqdan sonra paltarı geyinməlisiniz.
Üstünlüyü: çox böyük təsirə malikdir, səmərəlidir və praktikdir. Düzgün şəkildə istifadə edildikdə dəridə yumşaqlıq və quruluq təsiri buraxır.
Çatışmazlığı: bəzən dəridə lağ ləkələr qalır, bu da, paltarlarda xoşagəlməz izlər qoyur.
Uyğundur: Tərkibindəki maddələrə qarışı allergiyası olmayan hər kəsə uyğundur.
Davamı →