AQONİYA - bədənin son müqaviməti - SON HİSSƏ

MƏSCİD

3 həftə sonra
Əzizbəyov rayonu, XXX kəndinin məscidi


Metropol mehmanxanasında yerləşmiş Rəsul, günün ikinci yarısını şəhəri gəzməylə keçirməyi qərara aldı...Azərbaycanda heç vaxt olmasa da, bu dövlət barədə azdan-çoxdan məlumatı var idi. Milliyətcə də buranın əhalisinə yaxın olduğunu bilirdi. Milli bulvarı gəzəndən sonra Laxmacuna girib aclığını aradan qaldırdı...Gəzintisi zamanı insanlarla ünsiyyət qursa belə onun fikirləri yalnız sabah ki günü ehtiva edirdi...



Ardı →

AQONİYA-bədənin son müqaviməti - 3-cü hissə

Bir qədər əvvələ...Keçmişlə gələcək transı

İllər boy öz bəylik irsini və ulu babasından qalma, bir kisə dolusu qızıl pulu hamıdan gizlədən, rəhmətlik Cəmil dayı SSSR dağıldıqdan sonra artıq KKB təhdidindən və potensial təqibindən yaxa qurtardığını sanıb, ölkənin azad bazar iqtisadiyyatına, kapitalizmə, böyük vədlər verən «xalq hakimiyyətinə» qovuşduğunu düşünüb bu mülkü üzə çıxartmağı və qanuni dədə-baba ehtiyatı ilə firəvan həyata başlamağı qərara aldı. Bu qızılın nəsillərinə uğur gətirmədiyini bilsə belə. Lakin sonrakı hadisələr ölkədə yaranmış gərginlik, lənətə qalmış müharibə, müharibədə həlak olmuş istəyli oğlu Bilal, müharibənin ictimai həyata dağıdıcı təsirləri və digər "üzdənıraqlıqlar" onu fikrindən çəkindirdi. Onsuz da, qızılın varlığı haqqında məlumatı olanların heç biri artıq dünyada yox idi. Əlbəttə ki, ondan başqa.



Ardı →

AQONİYA-bədənin son müqaviməti- 1-ci və 2-ci hissələr

"Əsl həqiqət «niyə»," necə" sualları ilə məhdudlanmır"
Hakim Sənai

TRANS

Xeyr buna qaranlıq demək olmazdı...Elə bil kimsə səmanı və ətrafı qara rəngə boyamışdı. Qaranlıq bir yana, soyuqdan onun ayaqlarının sümükləri zingildəyirdi. İşıqlı asfalt yola təxminən 30 metr məsafə olsa da dəhşətli külək onun hər irəliyə doğru addımını iki addım geri qaytarırdı. Aclıq da öz sözünü demişdi...Bəlkə başqası olsa idi belə vəziyyətdə şoka düşərdi. Mənzərə o qədər dəhşətli idi ki, o, inilti səsləri çıxarır və çabalarla irəliyə doğru israrla addımlayırdı. Lakin bunlar boşa idi. Külək onu elə hey arxadakı zülmət içində olan quyuya doğru aparırdı. O qorxusundan heç fırlanıb quyuya da baxmırdı. Sadəcə inildəyirdi...Buna səbəb onun qorxusunu son həddə çatdıran və quyudan çıxan körpə uşaq bağırtısı idi...Uşağı elə bil doğrayırdılar...Bu dəhşətli səs onun qulağını maqnit sahəsinin təzyiqi kimi sıxırdı.



Ardı →

Aqoniya

Aqoniya — orqanizmin terminal vəziyyətlərinə aid olub, ölmənin dönən mərhələsidir. Aqoniyadan əvvəl preaqonal vəziyyət olur, bu vaxt qan təzyiqi çox düşür, xəstə huşunu getdikcə itirir, beyinin elektrik fəallığı azalır, üzv və toxumaların oksigen aclığı şiddətlənir. Preaqonal vəziyyətdən aqoniyaya keçid mərhələsi terminal pauza adlanır, bu vaxt tənəffüs birdən-birə dayanır, buynuz qişanın refleksləri sönür; bu vəziyyət bir neçə saniyədən 3 dəqiqəyə qədər davam edir. Bundan sonra ölmənin ikinci dövrü — aqoniya başlayır. Əvvəlcə ağrı hissiyyatı itir, bütün reflekslər sönür, xəstə huşunu itirir. Xəstənin tənəffüsü zəif, seyrək ola bilər, yaxud əksinə, o maksimum nəfəs alıb tezliklə nəfəsini axıra qədər buraxıb qısa ola bilər; bu zaman tənəffüs amplitudası böyük ola bilər. Xəstə hər dəfə nəfəs alanda başı dala gedir, ağzı geniş açılır. Ürək yığılmaları tədricən yavaşıyıb, bir dəqiqədə sayı 40-20 olur, nəbz sapvarı olub əllədikdə çox çətin bilinir. Arterial təzyiq civə sütunu ilə 20-10 mm-ə düşür. Bəzən ənsə əzələlərinin rigidliyi və ümumi tonik qıcolmalar baş verə bilər. Xəstə qeyri-iradi siyir və yerini batırır. Bədənin temperaturu çox düşür.
Ardı →

Reanimasiya

Reanimasiya (diriltmə) orqanizmin həyat fəaliyyətinin bərpa edilməsinə və onun terminal (bioloji ölümə yaxın) vəziyyətdən çıxarılmasına yönəldilmiş tədbirlər sistemi. Terminal vəziyyətə aqoniya ərəfəsi dövrü, aqoniya (canvermə) dövrü və klinik ölüm aiddir.
Aqoniya ərəfəsi dövr xəstənin son dərəcə ağır vəziyyətdə olması, tənəffüsün, qan dövranının və orqanizmin həyat üçün əhəmiyyətli digər funksiyalarının kobud pozğunluğu ilə xarakterizə olunur. Onun davamiyyəti və klinik mənzərəsinin xüsusiyyətləri xeyli dərəcədə əsas xəstəliyin xarakterindən asılıdır.


Ardı →