Arı sancmasında ilk yardım

Hazırda yay olduğu üçün arıların da çoxalması insanları narahat edir. Xüsusilə arı sancmasında qorxan insanlar öz bildikləri yolla qorunmağa çalışır. Arı iynəsini batırdığı anda ilk yardım hər zaman önəmlidir. Zəhərli arı iynəsi sancsa, həyat üçün təhlükəli hesab olunur. 

Davamı →

Arı sancması zamanı nə etməli?

Arı və ya eşşək arısı sancması çox təhlükəli ola bilər. Allergiyaya meyilli olan insanlarda, uşaqlarda bu ağır allergik reaksiyanın, hətta anafilaktik şokun inkişafına gətirib çıxarda bilər. Arı və eşşək arıları insanları yalnız təhlükə hiss etdikdə sancır. Bu səbəbdən həşaratları görəndə dərhal təşvişə düşməyin, onları qovmağa çalışmayın, sakit qalın.

Eşşək arıları insanları daha tez-tez sancır və onların sancmaları daha ağrılıdır. Dil, dodaq, qırtlaq və üz nahiyəsinin sancılması çox təhlükəli hesab olunur. Çoxlu sayda sancmalar zamanı ağır intoksikasiya (zəhərlənmə) inkişaf edə bilər. Bu halda insanı dərhal xəstəxanaya çatdırmaq lazımıdr.

Arı və ya eşşək arısı sancmasından dərhal sonra insana hər hansı allergiya əleyhinə (antihistamin) dərman vermək lazımdır (klaritin, tavegil, zirtek, suprastin, diazolin). Bunu hətta bu insanda heç zaman allergiya olmayıbsa belə, mütləq edin. Xüsusilə də zərərçəkmiş uşaqdırsa. Ağrı çox narahat edirsə hər hansı ağrıkəsici preparat (parasetamol, ibuprofen, analgin, aspirin) vermək olar. Uşaqlara hərarətsalan preparatlardan biri verilir. Bu preparatlar həmçinin ağrıkəsici kimi istifadə olunur.
Davamı →