Yerfıstığının faydaları

Çərəz olaraq istifadə edilən, eyni zamanda şirniyyatlara xüsusi ləzzət qatan yerfıstığının faydaları saymaqla bitməz.

Elmi adı “Arachis Hypogea” olan yerfıstığı dünya miqyasında nadir formada çiy yeyilir. Əksər insanlar bu çərəzi qovrulmuş və duzlanmış formada sevir.

Ana vətəni Cənubi Amerika olan, lakin artıq dünyanın bir çox ölkələrində geniş şəkildə becərilən yerfıstığı B qrupu vitaminləri, fosfor, maqnezium, kalium və mineral baxımından olduqca zəngindir. 100 qr yerfıstığında 26 qr protein var.

Davamı →

Çərəzlərin faydası

Bu dadlı çərəzlərin faydası haqqında insanlar hətta bizim eramızdan əvvəl bilirdilər. Qədim Vavilonun kahinləri aşağı təbəqə insanlara bunları yeməyə qadağan edirdilər.

Kahinlər qorxurdular ki, onlar ağıllanacaq. Maraqlıdır ki, bunda müəyyən həqiqət var. Tərkibində çox faydalı E vitaminin olmasına görə qoz-fındıq yaddaşı yaxşılaşdırır, əqli fəaliyyəti stimullaşdırır, yaşlı insanlarda ağıl zəifliyinin inkişaf etməsinin ehtimalını azaldır.

E vitaminindən əlavə qoz-fındıqda müxtəlif faydalı vitamin və mikroelementlər vardır: kalsium, kalium, dəmir, maqnezium, yod, fosfor, selen, A, B1, B2, C, P və s. Bundan əlavə onların tərkibində çoxlu miqdarda əvəzsiz yağ turşuları, dəyərli zülallar var.

Qoz, fındıq, badam, araxis, keşyu və s. qan-damar sistemi üçün çox faydalıdır. Ateroskleroz, anemiya (qanazlığı), ürəyin işemik xəstəliyi, damar xəstəlikləri və s. yayılmış xəstəliklər zamanı onlar yaxşı müalicəvi və profilaktik effekt verir.

Əqli fəaliyyəti ilə məşğul olan insanlar bu məhsullardan daim istifadə etməlidir.


Ardı →