Arzusuz yaşamaq mümkündürmü?

Çox da varlı olmayan ailəmiz dola­nışığını birtəhər təmin edirdi. İdarədə axşamacan çalışan atamın maaşı qəpik-quruş sayılardı. Məndən başqa iki bacım da vardı. Hər şeydə qənaət eləmək anamın canını sıxırdı və bundan dolayı atam vaxtaşırı ondan ağır tənbehlər, üstüörtülü kinayələr eşidərdi. Zavallı atamın bunların cavabında etdiyi jest mənə dərin iztirab verərdi. Alnının tərini silməsini xatırladan bu hərəkətdən sonra sus­duğundan onun bu çarəsiz kədəri qismən mənim də çiyinlərimə çö­kər­di. Ev təsər­rü­fatımızda bacardıqca hər şeyə qənaət edərdik: qonaq çağırıldığımız yerlərə getməzdik ki, qarşı tərəfi qonaq dəvət etmə məc­bu­riyyəti duymayaq. Ərzağın ən ucuzunu, yatıb-qalmışını özümüzə rəva bilərdik. Ba­cılarım donlarını özləri biçib-tikərdilər və metrəsi on beş santimə satılan hər hansı kantı alıb-almamaq barədə uzun-uzadı məs­lə­hətləşərdilər. Hər gün yediyimiz ət şorbasına və mal əti so­yut­ma­sı­na cürbəcür ədviyyatlarla fərqli dad qa­zandırardıq. Bunun çox dadlı və ca­na faydalı olması söylənsə də, şəxsən mən fərqli bir şeyə üstünlük ta­nıyardım.

Davamı →